main-post-cover

    ChatGPT dəstəyinə sahib ağıllı qələm təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    07.03.2025
    Emil Nəcəfov
         Kickstarter platformasında ChatGPT dəstəkli qeyri-adi bir cihaz - AI Smart Pen adlı ağıllı qələm təqdim olunub. Bu qələm əl yazısını rəqəmsal formata çevirir, daxili mikrofon və dinamiki sayəsində istifadəçi ilə ünsiyyət qurur və əmlumatları smartfona ötürür. AI Smart Pen səs və mətn qeydini microSD karta yazır və ya Bluetooth vasitəsilə smartfona göndərir və onun çox rejimli işləmə imkanı var. Onlara misal olaraq əl yazısını rəqəmsal formata çevirən qələm və mikrofon vasitəsilə ChatGPT (4o-mini) ilə əlaqə qurma cihazı (HearIt.AI platforması üzərindən) rejimlərini gətirmək olar.
    Qələmin tam funksionallığı aşağıdakı kimidir.
    - ChatGPT ilə səsli ünsiyyət
    - Reallıqda nitqin tərcüməsi
    - Səs fayllarının yazılması və səsləndirilməsi
    - Xatırlatmaların yaradılması və bildirişlərin verilməsi
    - Diktofon qeydlərindən avtomatik qeydlər hazırlama.
         Bu innovativ cihaz səslə qarşılıqlı əlaqəni və yazıdan rəqəmsal çevrilməni bir araya gətirən ağıllı qələm kimi təqdim edilir. AI Smart Pen qələminin səs yazmaq üçün şəxsi səsboğucu mikrofonu var. Qələm diktofon rejimində 30 saat, səsləndirmə rejimində isə 30 dəqiqə çalışır. AI Smart Pen özündə microUSB girişini birləşdirir və onun üzərindən şarj olunur. Şarj müddəti isə 1 saat təşkil edir. AI Smart Pen artıq Kickstarter platformasında 50$ qiymətində ön sifariş üçün əlçatandır. Rəsmi satışlar noyabrda başlayacaq və cihazın həmin vaxtda qiyməti 65$ olacaq.
    Mənbə: Tomshardware
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OpenAI video tərtibat sistemi Sora-nı ChatGPT-yə inteqrasiya etməyi planlaşdırır
    openai-video-te
    Britaniyadakı tələblərin demək olar hamısı təhsildə süni zəkadan istifadə edir
    britaniyadaki-teleblerin-demek-olar-hamisi-tehsilde-suni-zekadan-istifade-edir
    ChatGPT bir insanın həyatını xilas edib
    chatgpt-bir-insanin-heyatini-xilas-edib
    OpenAI-nin Deep Research funksiyası ChatGPT-nin bütün tarif planlarında istifadəyə verilib
    openai-nin-deep-research-funksiyasi-chatgpt-nin-butun-tarif-planlarinda-istifadeye-verilib
    İnsanlar tibbi məsləhət ilə bağlı daha çox ChatGPT-yə müraciət etməyə başlayıblar
    insanlar-tibbi-meslehet-ile-bagli-daha-cox-chatgpt-ye-muraciet-etmeye-baslayiblar