
Dözümlü gövdəyə sahib Galaxy XCover 7 Pro-nun render fotosu yayımlanıb
Cihazlar+
08.04.2025
Emil Nəcəfov
Samsung dözümlü gövdəyə sahib orta səviyyəli smartfonu Galaxy XCover 7 Pro-nun təqdimatına hazırlaşır. İndi isə sözügedən smartfonun render fotosu yayımlanıb. Render fotodan da göründüyü kimi, adi Galaxy XCover 7 ilə müqayisədə əsas xarici dəyişiklik arxa paneldə ikinci kamera modulunun əlavə olunmasıdır ki, bu da çəkiliş imkanlarını genişləndirir. Məlumata görə, Galaxy XCover 7 Pro smartfonu 50 MP-lik əsas kameraya və onu tamamlayan yeni 8 MP-lik ultra genişbucaqlı kameraya sahib olacaq.

Ön tərəfdə isə 13 MP-lik kamera ekranın üst hissəsindəki kiçik damcı formalı çıxıntıda yerləşdirilib. Gözlənilir ki, smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 2408x1080 piksel keyfiyyətli 6.6 düym ölçülü IPS ekran ilə təchiz olunacaq. Smartfonun Snapdragon 7s Gen 3 prosessoru vasitəsilə çalışacağı və 4350 mAh enerji tutumlu batareyaya sahib olacağı ehtimal olunur. Cihazın gövdəsi IP68 standartı üzrə toz və suya davamlı olacaq, eləcə də MIL-STD-810H hərbi standartının tələblərinə cavab verəcək. sertifikatına əsasən zərbəyə davamlılığı qoruyacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Təqdimata hazırlaşan Samsung Galaxy M56 smartfonu Geekbench testlərindən keçib

Təqdimata hazırlaşan Samsung Galaxy M56 smartfonu Geekbench testlərindən keçib
Samsung yaxın zamanda Galaxy M seriyasının yeni smartfonunu təqdim etməlidir. Söhbət, Galaxy M56-dan gedir.
Samsung Galaxy Tab S10 FE və Tab S10 FE+ planşetləri təqdim olunub - QİYMƏTİ

Samsung Galaxy Tab S10 FE və Tab S10 FE+ planşetləri təqdim olunub - QİYMƏTİ
Samsung şirkəti rəsmi şəkildə Galaxy Tab S10 FE və Tab S10 FE+ planşetlərini təqdim edib. Bu yeni planşetlər xarici görünüşcə və bəzi texniki imkanlar üzrə eynidirlər. Onlar arasındakı əsas fərq ekran ilə batareya göstəricilərini əhatə edir.
Nazik gövdəli Galaxy S25 Edge smartfonunun ilk render fotoları təqdim edilib

Nazik gövdəli Galaxy S25 Edge smartfonunun ilk render fotoları təqdim edilib
Samsung şirkəti yanvar ayının sonunda Galaxy S25 smartfon seriyasını təqdim edən zaman üstəlik nazik gövdəli Galaxy S25 Edge modelini də anons etdi. Lakin sözügedən modelin tam təqdimatı hələ baş tutmayıb.
Samsung Galaxy S25 Edge-in batareya həcmi təsdiqlənib

Samsung Galaxy S25 Edge-in batareya həcmi təsdiqlənib
Samsung şirkətinin nazik gövdəli Galaxy S25 FE smartfonunun artıq gələn ay təqdim olunacağı gözlənilir. İndi isə məlum olub ki, bu yeni smartfon Danimarkanın sertifikatlaşdırma agentliklərindən birində qeydiyyatdan keçib.
Samsung Galaxy Tab S10 FE planşeti Geekbench testlərindən keçib

Samsung Galaxy Tab S10 FE planşeti Geekbench testlərindən keçib
Samsung şirkəti bu il ərzində Galaxy Tab S10 FE və Tab S10 FE+ planşetlərini təqdim etməlidir. İndi isə məlum olub ki, adi Galaxy Tab S10 FE modeli Geekbench testlərindən keçib.
Həftənin xəbərləri

