main-post-cover

    Dünyanın ən sürətli gaming monitoru: ASUS ROG Swift OLED PG27AQWP-W təqdim olunub

    Cihazlar+
    20.08.2025
    Emil Nəcəfov
         ASUS şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru ASUS ROG Swift OLED PG27AQWP-W adlanır. Bu yeni monitor dünyanın ən sürətli monitoru statusunu əldə edib. O, iki rejimdə çalışması ilə seçilir. Birinci rejim çərçivəsində 540 Hz-lik təsvir yenilənməsi və 2K görüntü keyfiyyəti, ikinci rejim çərçivəsində isə 720 Hz-lik təsvir yenilənməsi və HD görüntü keysiyyəti təmin olunur. Monitorun özü 26.5 düym ölçülü Tandem OLED ekranla təchiz olunub. Ekranın istifadəçi əməliyyatlarına reaksiya müddəti 0.03 millisaniyə təşkil edir. Ekran 10 bit-lik rəngləri dəstəkləyir və DCI-P3 rəng diapazonunun 99.5%-ni əhatə edir. OLED Care Pro texnologiyası Neo sensoru ilə birlikdə ekranı yanmadan qoruyur. Belə ki, sözügedən texnologiya monitor qarşısında istifadəçinin olmadığı halda ekranı avtomatik şəkildə qaraldır. Monitor özündə DisplayPort 2.1a HDMI 2.1 girişlərini birləşdirir. ASUS ROG Swift OLED PG27AQWP-W-nin nə zaman və hansı qiymətə satışa çıxacağı açıqlanmayıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    ASUS ROG Zephyrus X gaming monitoru təqdim edilib - QİYMƏTİ
    asus-rog-zephyrus-x-gaming-monitoru-teqdim-edilib-qiymeti
    ASUS VG249QM5A gaming monitoru təqdim edilib - QİYMƏTİ
    asus-vg249qm5a-gaming-monitoru-teqdim-edilib-qiymeti
    ASUS ROG Strix XG32UCDS gaming monitoru təqdim edilib
    asus-rog-strix-xg32ucds-gaming-monitoru-teqdim-edilib
    ASUS ROG Strix XG27ACDMS gaming monitoru təqdim edilib - QİYMƏTİ
    asus-rog-strix-xg27acdms-gaming-monitoru-teqdim-edilib-qiymeti
    ASUS ROG Swift OLED PG32UCDMR gaming monitoru təqdim edilib
    asus-rog-swift-oled-pg32ucdmr-gaming-monitoru-teqdim-edilib