main-post-cover

    Əgər iPhone tamamilə ABŞ-da istehsal edilsə, onun qiyməti 2500$-dan baha olacaq

    Cihazlar+
    09.04.2025
    Emil Nəcəfov
         ABŞ Prezidenti Donald Trump, dünyanın müxtəlif ölkələrindən idxal olunan mallara tətbiq ediləcək rüsumların ölkədə istehsalın sürətlə dirçəlməsinə kömək edəcəyini vəd etmişdi. Lakin ekspertlərin proqnozlarına görə, əslində ölkəni geyimdən tutmuş elektronikaya qədər bütün məhsullar üzrə qiymətlərin kəskin artımı gözləyir. Əgər Apple iPhone tamamilə ABŞ-da istehsal olunarsa, onun qiyməti 3500$-a qədər arta bilər. Bu ssenarini maliyyə şirkəti Wedbush Securities-in rəhbərlərindən biri olan Dan Ives irəli sürüb. Onsuz da təxminən 1000$ olan iPhone-un qiymətinin 3 dəfədən çox artmasının səbəbi, Asiyada formalaşmış mürəkkəb istehsal ekosistemini ABŞ-da yenidən qurmaq zərurəti ilə bağlıdır.
         Apple təchizat zəncirinin cəmi 10 faizini belə ABŞ-a köçürmək üçün təxminən 30 milyard dollar və 3 il vaxt sərf etməlidir. Smartfonların komponentlərinin istehsalı və yığılması bir neçə onillik əvvəl Asiyaya köçürülüb, amerikalı şirkətlər isə məhsul dizaynı və proqram təminatının hazırlanması ilə məşğul olmağa başlayıblar, çünki bu sahələr daha yüksək mənfəət gətirir. Nəticədə Apple dünyanın ən dəyərli şirkətlərindən birinə çevrilib və smartfon bazarında dominant mövqe qazanıb. Lakin Trump-ın andiçməsindən sonra Apple-ın səhm dəyəri təxminən 25% azalıb - investorlar Trump-ın tətbiq etdiyi rüsumların, təchizat zəncirinin Çin və Tayvandan asılı olması fonunda, şirkətə necə təsir edəcəyindən narahat olublar. iPhone-un sahib olduğu çiplərin əksəriyyəti Tayvanda istehsal olunur, ekran panelləri isə Cənubi Koreya şirkətləri tərəfindən tədarük edilir, digər bir çox komponent isə Çində istehsal olunur - burada həmçinin iPhone-ların 90%-i yığılır.
         Fevral ayında Apple yaxın dörd ildə ABŞ istehsalına 500 milyard dollar sərmayə yatıracağını vəd edib. Bu, rüsumların təsirindən yayınmaq üçün Çindən kənarda istehsalı genişləndirmək strategiyasının bir hissəsidir. Hazırda texnologiya analitikləri yekdil fikirdədir ki, iPhone bahalaşacaq, hətta təchizat zəncirlərində heç bir dəyişiklik olmasa belə - qiymət artımı 30%-dən 43%-ə qədər ola bilər və bu, istehsalın harada yerləşməsindən asılı olacaq. Əvvəllər Apple smartfon istehsalını diversifikasiya etmək və onu Hindistan və Braziliyaya köçürmək istiqamətində işlərə başlamışdı. Nəticədə Çin üçün 104%, Hindistan üçün 26%, Braziliya üçün isə 10% həcmində rüsumlar tətbiq olunur. Lakin görünür, Braziliyadakı istehsal gücü Çinin buraxdığı boşluğu doldurmaq üçün kifayət etməyəcək.
    Mənbə: CNN
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple səhmlərinin dəyəri düşdüyü səbəbilə Microsoft yenidən dünyanın ən bahalı şirkəti olub
    apple-sehmlerinin-deyeri-dusduyu-sebebile-microsoft-yeniden-dunyanin-en-bahali-sirketi-olub
    Nazik gövdəli iPhone 17 Air-in keyfiyyətli maket fotoları təqdim edilib
    nazik-govdeli-iphone-17-air-in-keyfiyyetli-maket-fotolari-teqdim-edilib
    Böyük texnoloji şirkətlərin səhmlərinin dəyəri yüksəlməyə başlayıb
    boyuk-texnoloji-sirketlerin-sehmlerinin-deyeri-yukselmeye-baslayib
    iOS 19-un bəzi interfeys görüntüləri sərgilənib
    ios-19-un-bezi-interfeys-goruntuleri-sergilenib
    Trump-ın yeni rüsumları səbəbilə ABŞ-da insanlar kütləvi şəkildə iPhone almağa başlayıblar
    trump-in-yeni-rusumlari-sebebile-abs-da-insanlar-kutlevi-sekilde-iphone-almaga-baslayiblar