Galaxy S26 smartfonlarının hamısında Qualcomm prosessoru istifadə ediləcək
Cihazlar+
24.10.2024
Emil Nəcəfov
Ice Universe ləqəbli məşhur insayder dünən məlumat verdi ki, Samsung şirkəti gələn ilin əvvəlində təqdim edəcəyi Galaxy S25 smartfonlarının hamısında Snapdragon 8 Elite prosessorundan istifadə edəcək. İndi isə insayder xəbər verib ki, şirkət bu tendensiyanı 2026-cı ildə də davam etdirəcək. Yəni 2026-cı ildə təqdim ediləcək Galaxy S26 smartfonlarının hamısı Snapdragon prosessorunu əldə edəcək. Lakin bununla belə Samsung özünün Exynos prosessorlarından imtina etmir. Məlumata əsasən şirkət hal-hazırda Ulysses kod adına sahib yeni nəsil Exynos prosessorları üzərində çalışır və onları 2027-ci ildə təqdim olunacaq Galaxy S smartfonlarında təqdim etməyi planlaşdırır. Gözləntilərə əsasən hazırlanan yeni nəsil Exynos prosessorları 2 nanometrlik texnoloji proses əsasında istehsal ediləcəklər.
Linki kopyala
samsung galaxy s26
samsung
samsung galaxy s26 plus
galaxy s26 plus
galaxy s26
samsung galaxy s26 ultra
galaxy s26 ultra
Bənzər xəbərlər
Oxşar xəbərlər
Orta büdcəli smartfonlar üçün Exynos 1580 prosessoru təqdim edilib
Orta büdcəli smartfonlar üçün Exynos 1580 prosessoru təqdim edilib
Samsung şirkəti orta büdcəli smartfonlar üçün nəzərdə tutulmuş Exynos 1580 adlı yeni prosessorunu təqdim edib.
Samsung hələ büdcəli qatlana bilən smartfon təqdim etməyi planlaşdırmır
Samsung hələ büdcəli qatlana bilən smartfon təqdim etməyi planlaşdırmır
Samsung şirkəti qatlana bilən Galaxy Z Fold və Z Flip smartfonlarının yaxın zamanda büdcəli versiyalarını təqdim etməyi planlaşdırmadığını təsdiqləyib.
Bütün Samsung Galaxy S25 smartfonları Qualcomm-un yeni prosessorunu əldə edəcəklər
Bütün Samsung Galaxy S25 smartfonları Qualcomm-un yeni prosessorunu əldə edəcəklər
Son bir neçə ay ərzində ortaya çıxmış məlumatlarda qeyd edilirdi ki, gələn ilin əvvəlində təqdim olunacaq Samsung Galaxy S25 smartfonlarında müxtəlif prosessorlardan istifadə ediləcək.
Samsung qatlana bilən ekranlı noutbukunu patentləşdirib
Samsung qatlana bilən ekranlı noutbukunu patentləşdirib
Elastiki ekranlar hal-hazırda qatlana bilən smartfonlarda istifadə edilir. Lakin istehsalçılar bu cür ekranları digər cihazlarda da istifadə etməyi planlaşdırırlar.
Samsung öz cihazları üçün təzyiqin yeni ölçülməsi texnologiyasını patentləşdirib
Samsung öz cihazları üçün təzyiqin yeni ölçülməsi texnologiyasını patentləşdirib
Samsung şirkəti öz cihazları üçün nəzərdə tutulmuş yeni tibbi texnologiyanı patentləşdirib. Söhbət təzyiqin ölçülməsindən gedir. Şirkətin Galaxy Watch smart saatları bu cür özəlliyə artıq sahibdirlər. Lakin şirkətin yeni patentində təzyiqin fərqli üsulla ölçülməsi əks olunub.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!