Google şirkətinin adı bilinməyən yeni smart saatı sertifikatlaşdırılıb
Cihazlar+
24.04.2024
Farid Pardashunas
Artıq məlumdur ki, Google şirkəti bu il Pixel Watch 3 adlı yeni smart saatını təqdim edəcək. Lakin ABŞ Federal Rabitə Komissiyası (FCC) Google şirkətinin adı bilinməyən yeni smart saatını sertifikatlaşdırıb. Məlumatda qeyd edilib ki, sertifikatlaşdırılmış yeni smart saat GWT9R model nömrəsinə sahibdir. Adətən yeni cihazın sertifikasiya prosesi onun təqdim olunmasından bir neçə müddət əvvəl baş verir.
Lakin məlumdur ki, Google şirkəti Pixel Watch 3-ü bu ilin ikinci yarısında Pixel 9 smartfon seriyası ilə birlikdə təqdim etməlidir. Burdan da belə qənaətə gəlmək olar ki, FCC-nın sertifikatlaşdırma prosesindən Google şirkətinin aralıq smart saat modeli keçib. Bu smart saat nəticədə Pixel Watch 2a adını əldə edə bilər. 91mobiles saytının vermiş olduğu məlumata əsasən Google şirkətinin adı bilinməyən bu yeni smart saatı WearOS əməliyyat sistemi vasitəsilə çalışacaq və onun LTE dəstəkli versiyası olacaq. Google özü isə hələ belə bir smart saatı anons etməyib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Süni intellekt artıq Google-da axtarış nəticələrini cavablayacaq!
Süni intellekt artıq Google-da axtarış nəticələrini cavablayacaq!
Google bir müddətdir ki, axtarış sistemini süni intellektə əsaslanan xüsusiyyətlərlə gücləndirmək üzərində işləyir. SGE (Search Generative Experience) adlı xüsusiyyət ilə şirkət istifadəçilərə axtarış sorğularına sürətli və aydın cavablar verən süni intellekt xülasələri təklif edəcək.
Google Pixel 9 Pro-nun real fotoları təqdim edilib
Google Pixel 9 Pro-nun real fotoları təqdim edilib
Son məlumatlara əsasən Google Pixel 9 smartfon seriyasına 3 model daxil olacaq. Pixel 9, Pixel 9 Pro və Pixel 9 Pro XL.
Pixel Buds Pro 2 naqilsiz qulaqlığı sertifikatlaşdırmadan keçib
Pixel Buds Pro 2 naqilsiz qulaqlığı sertifikatlaşdırmadan keçib
Google şirkəti bu il Pixel Buds Pro 2 naqilsiz qulaqlığını təqdim etməlidir.
Google Android 15-ə NFC üzərindən şarj funksiyasını əlavə edəcək
Google Android 15-ə NFC üzərindən şarj funksiyasını əlavə edəcək
İnsayderlərin vermiş olduqları məlumata əsasən Google şirkəti Android 15-ə NFC üzərindən şarj funksiyasını əlavə etməyi planlaşdırır.
Google süni zəka inkişafına 100 milyard dollar yatıracaq
Google süni zəka inkişafına 100 milyard dollar yatıracaq
Google şirkətinin süni zəka sahəsindəki təşəbbüslərinə bu sahədə fəaliyyət göstərən DeepMind laboratoriyasının CEO-su Demis Hassabis rəhbərlik edir.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!