main-post-cover

    Google TV-yə sahib MSI Modern MD272UPSW smart monitoru təqdim edilib

    Cihazlar+
    20.02.2025
    Emil Nəcəfov
         MSI şirkəti Google TV əməliyyat sisteminə sahib Modern MD272UPSW adlı smart monitorunu təqdim edib. Bu yeni monitor iş, əyləncə və yaradıcılıq üçün geniş imkanları təklif edir. MSI Modern MD272UPSW monitoru 60 Hz-lik təsvir yenilənməsinə sahib 3840x2160 piksel keyfiyyətli 27 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 300 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 4 millisaniyə təşkil edir.
         Ekran sRGB rəng diapazonunun 127%-ni, DCI-P3 rəng diapazonunun 98%-ni, Adobe RGB rəng diapazonunun isə 94%-ni əhatə edir. Google TV əməliyyat sistemi sayəsində Netflix, YouTube, Prime Video və s. kimi servislər istifadəçi üçün əlçatan olur. Monitor üstəlik özündə Dolby Atmos dəstəkli 3 vatt gücündə səsgücləndiriciləri birləşdirir. Monitor HDMI (2.0b), DisplayPort, USB 2.0 Type-A, USB Type-C, Ethernet girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi əldə edib. MSI Modern MD272UPSW-nun nə zaman və hansı qiymətə satışa çıxacağı açıqlanmayıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    MSI MAG 273QP gaming monitoru təqdim edilib
    msi-mag-273qp-gaming-monitoru-teqdim-edilib
    Yüksək təsvir yenilənməsinə sahib MSI MAG 275QF X32 gaming monitoru təqdim edilib
    yuksek-tesvir-yenilenmesine-sahib-msi-mag-275qf-x32-gaming-monitoru-teqdim-edilib
    MSI yeni portativ oyun konsolu üzərində çalışır
    msi-yeni-portativ-oyun-konsolu-uzerinde-calisir
    MSI MPG 272QR QD-OLED X50 gaming monitoru təqdim edilib
    msi-mpg-272qr-qd-oled-x50-gaming-monitoru-teqdim-edilib
    MSI MPG 325CQRXF gaming monitoru təqdim edilib
    msi-mpg-325cqrxf-gaming-monitoru-teqdim-edilib