main-post-cover

    Hələ təqdim olunmamış OnePlus 13 smartfonu Geekbench-də iPhone 16-dan daha yüksək nəticələr sərgiləyib

    Cihazlar+
    11.09.2024
    Emil Nəcəfov
          OnePlus şirkəti yaxın zamanda OnePlus 13 smartfon seriyasını təqdim etməlidir. Bu, artıq gələn ay baş tuta bilər. İndi isə məlum olub ki, OnePlus 13 smartfonu Geekbench testlərindən keçib. Geekbench testlərində cihazın model nömrəsi qismində PJZ110 qeyd edilib. Ice Universe ləqəbli məşhur insayderin sözlərinə əsasən bu məhz OnePlus 13-dür. Beləliklə smartfon Geekbench-in bir nüvəli testi çərçivəsində 3236 xal, çox nüvəli testi çərçivəsində isə 10 049 xal toplayıb.
         Müqayisə üçün qeyd etmək lazımdır ki, bu nəticələr A18 prosessoruna sahib iPhone 16-nın Geekbench nəticələrindən daha yüksəkdir. Belə ki, iPhone 16 smartfonu Geekbench-in bir nüvəli testi çərçivəsində 3114 xal, çox nüvəli testi çərçivəsində isə 6666 xal toplayır. Heç şübhəsiz OnePlus 13-ün belə yüksək nəticələr sərgiləməsində əsas səbəbkar Snapdragon 8 Gen 4 prosessorudur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OnePlus Ace 5 və Ace 5 Pro barəsində növbəti təfərrüatlar təqdim edilib
    oneplus-ace-5-ve-ace-5-pro-baresinde-novbeti-teferruatlar-teqdim-edilib
    OnePlus 13-ün nə zaman təqdim ediləcəyi rəsmi şəkildə açıqlanıb
    oneplus-13-un-ne-zaman-teqdim-edileceyi-resmi-sekilde-aciqlanib
    OnePlus 13-ün əsas arxa kamerası barəsində məlumat verilib
    oneplus-13-un-esas-arxa-kamerasi-baresinde-melumat-verilib
    OnePlus 13-ün dizaynı və onun nə zaman təqdim oluna biləcəyi barəsində məlumatlar verilib
    oneplus-13-un-dizayni-ve-onun-ne-zaman-teqdim-oluna-bileceyi-baresinde-melumatlar-verilib
    OnePlus 13-ün əsas arxa kamerası və batareyası barəsində məlumatlar verilib
    oneplus-13-un-esas-arxa-kamerasi-ve-batareyasi-baresinde-melumatlar-verilib