main-post-cover

    Honor Magic 6-nın vacib texniki imkanlarından biri məlum olub

    Cihazlar+
    29.11.2023
    Emil Nəcəfov
         Honor şirkəti Honor Magic 6 smartfon seriyasının təqdimatına hazırlaşır. Sözügedən seriyaya Honor Magic 6 və Magic 6 Pro modellərinin daxil olacaqları gözlənilir. İndi isə məlum olub ki, Honor Magic 6 smartfonu Çinin 3C adlı sertifikatlaşdırma agentliyində qeydiyyatdan keçib. Bunun sayəsində smartfonun vacib texniki özəlliklərindən biri ortaya çıxıb. Beləliklə sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında olan məlumata əsasən smartfon 66 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyini əldə edəcək. Qeyd etmək lazımdır ki, bu ilin fevral ayında təqdim edilmiş Honor Magic 5 Pro smartfonu da 66 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyir. Honor Magic 6 smartfon seriyasının gələn ilin birinci yarısında təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Honor Magic 6 yüksək MP-li periskop kameraya sahib ola bilər
    honor-magic-6-yuksek-mp-li-periskop-kameraya-sahib-ola-biler
    Honor şirkəti birjaya çıxmağa hazırlaşır
    honor-sirketi-birjaya-cixmaga-hazirlasir
    Honor Earbuds X6 naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ
    honor-earbuds-x6-naqilsiz-qulaqligi-teqdim-edilib-qiymeti
    Honor 100 və Honor 100 Pro təqdim edilib - QİYMƏTİ
    honor-100-ve-honor-100-pro-teqdim-edilib-qiymeti
    İnsayderlər Honor 90 GT-nin nə zaman təqdim olunacağını açıqlayıblar
    insayderler-honor-90-gt-nin-ne-zaman-teqdim-olunacagini-aciqlayiblar