Honor şirkəti Çinin Weibo adlı sosial şəbəkəsində təqdimata hazırlaşan Honor Magic 6-nın ön panelinin fotosunu təqdim edib. Təqdim edilmiş fotoya əsasən smartfon Honor Magic 5-dən bir qədər fərqlənəcək. Fotodan da görmək olar ki, Honor Magic 6-nın ekranının yuxarı mərkəz hissəsində oval formalı çıxıntı, həmin çıxıntının daxilində isə iki ədəd ön kamera yerləşəcək. Bununla yanaşı smartfonun ekranı hər dörd tərəfdən əyilmiş dizaynda reallaşdırılacaq. Qeyd etmək lazımdır ki, Honor Magic 6-nın 2K keyfiyyətli ekran ilə təchiz olunacağı və Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacağı gözlənilir. Honor Magic 6 smartfon seriyasının təqdimatı 10 yanvar tarixində baş tutacaq.