main-post-cover

    Honor MagicBook Pro 16 2025 HUNTER noutbuku təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    30.04.2025
    Emil Nəcəfov
         Honor şirkəti yeni yüksək performanslı noutbukunu təqdim edib. Noutbuk Honor MagicBook Pro 16 2025 HUNTER adlanır. Beləliklə sözügedən yeni noutbuk 165 Hz-lik təsvir yenilənməsinə sahib 3072x1920 piksel keyfiyyətli 16 düym ölçülü IPS ekranla təchiz olunub. Noutbuk iki versiyada təqdim edilib. Birinci versiya Intel Core Ultra 5 225H prosessoru vasitəsilə, ikinci versiya isə Intel Core Ultra 9 285H prosessoru vasitəsilə çalışır.
         Hər iki versiya özündə NVIDIA GeForce RTX 5070 videokartını birləşdirir. Bununla yanaşı Honor MagicBook Pro 16 2025 HUNTER 32 GB RAM 1 TB-lıq SSD ilə təchiz olunub. Noutbukun batareya həcmi isə 75 vat-saat təşkil edir. Onun çəkisi 1.86 kq-dır. Noutbuk özündə HDMI 2.1, USB-AUSB-C girişlərini birləşdirir. Honor MagicBook Pro 16 2025 HUNTER artıq Çində satışa çıxıb. Noutbukun Intel Core Ultra 5 225H prosessoru vasitəsilə çalışan versiyası 1582$-a satılır, Intel Core Ultra 9 285H prosessoru vasitəsilə çalışan versiyasının qiyməti isə 1651$-dan start götürür.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Bu il təqdim olunacaq Honor Magic 8 Pro-nun kamera göstəriciləri açıqlanıb
    bu-il-teqdim-olunacaq-honor-magic-8-pro-nun-kamera-gostericileri-aciqlanib
    Orta büdcəli Honor X70i smartfonu təqdim edilib - QİYMƏTİ
    orta-budceli-honor-x70i-smartfonu-teqdim-edilib-qiymeti
    Honor Band 10 smart qolbağı təqdim olunub - QİYMƏTİ
    honor-band-10-smart-qolbagi-teqdim-olunub-qiymeti
    Orta səviyyəli Honor Pad GT planşeti təqdim edilib - QİYMƏTİ
    orta-seviyyeli-honor-pad-gt-planseti-teqdim-edilib-qiymeti
    Honor GT Pro flaqman smartfonu təqdim edilib - QİYMəti
    honor-gt-pro-flaqman-smartfonu-teqdim-edilib-qiymeti