main-post-cover

    Honor-un 3 qat qatlana bilən smartfonunun ilk fotoları ortaya çıxıb

    Cihazlar+
    19.11.2024
    Emil Nəcəfov
         Huawei şirkəti sentyabr ayında ilk 3 qat qatlana bilən smartfonunu təqdim etmişdi. Söhbət, Huawei Mate XT smartfonundan gedir. Huawei Mate XT-nin təqdim olunmasından sonra məlumat ortaya çıxdı ki, bəzi şirkətlər də 3 qat qatlana bilən smartfon üzərində çalışırlar. Onların arasında Honor da var. İndi isə Honor-un ilk 3 qat qatlana bilən smartfonunun ilk fotoları ortaya çıxıb. Məlumata əsasən Honor-un bu smartfonu Honor Tri-Fold adlanacaq.
         Ortaya çıxmış fotolarda smartfonun yalnız arxa paneli əks olunub. Fotolardan da görmək olar ki, müəyyən vəziyyətdə onun gövdəsi Z hərfi formasındadır. Smartfon özündə iki ədəd şarnir konstruksiyasını birləşdirir. Onun arxa panelində isə 8 bucaqlı kamera sahəsi yerləşir. Qeyd etmək lazımdır ki, Honor-un bu smartfonda əsas məqsədlərindən biri də olduqca nazik gövdəyə nail olmaqdır. Honor Tri-Fold-un hansı texniki özəlliklərə sahib olacağı və nə zaman təqdim olunacağı bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Təqdim olunmamış Honor 300 smartfonu çinli məşhurun əlində görülüb
    teqdim-olunmamis-honor-300-smartfonu-cinli-meshurun-elinde-gorulub
    Honor 300 Pro+ smartfonunun bəzi texniki imkanları ortaya çıxıb
    honor-300-pro-smartfonunun-bezi-texniki-imkanlari-ortaya-cixib
    Hazırlanan Honor 300 smartfonları barəsində yeni təfərrüatlar təqdim edilib
    hazirlanan-honor-300-smartfonlari-baresinde-yeni-teferruatlar-teqdim-edilib
    Honor şirkəti Magic 7 Lite smartfonu üzərində çalışır
    honor-sirketi-magic-7-lite-smartfonu-uzerinde-calisir
    Qlobal bazarda Honor X9c smartfonu təqdim edilib - QİYMƏTİ
    qlobal-bazarda-honor-x9c-smartfonu-teqdim-edilib-qiymeti