main-post-cover

    Honor X70 smartfonunun təqdimatı anons edilib

    Cihazlar+
    08.07.2025
    Emil Nəcəfov
         Honor şirkəti Honor X70 smartfonunun təqdimatına hazırlaşır. Dünən insayderlər onun ilk real fotolarını təqdim etdilər. İndi isə şirkət smartfonun təqdimatını rəsmi şəkildə anons edib. Şirkətin təqdim etmiş olduğu posterə əsasən smartfon 15 iyul tarixində Çində təqdim olunacaq. Posterdə həmçinin smartfonun dizaynı da əks olunub. Görmək olar ki, posterdəki dizayn dünən təqdim edilmiş real fotolar ilə üst-üstə düşür. Gözləntilərə əsasən Honor X70 smartfonu 1.5K keyfiyyətli 6.79 düym ölçülü OLED ekranı əldə edəcək, Snapdragon 6 Gen 4 prosessoru vasitəsilə çalışacaq, özündə 12 GB RAM ilə 256 GB daxili yaddaş həcmini birləşdirəcək və 8000 mAh-dan daha böyük həcmli batareyaya sahib olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Honor X70-in ilk real fotoları təqdim edilib
    honor-x70-in-ilk-real-fotolari-teqdim-edilib
    Honor MagicPad 3 planşeti təqdim edilib - QİYMƏTİ
    honor-magicpad-3-planseti-teqdim-edilib-qiymeti
    Nazik və yüngül gövdəyə sahib Honor MagicBook Art 14 2025 noutbuku təqdim edilib - QİYMƏTİ
    nazik-ve-yungul-govdeye-sahib-honor-magicbook-art-14-2025-noutbuku-teqdim-edilib-qiymeti
    Qatlana bilən Honor Magic V5 təqdim olunub - QİYMƏTİ
    qatlana-bilen-honor-magic-v5-teqdim-olunub-qiymeti
    Honor Magic V5-in qapalı vəziyyətdə gövdə qalınlığı məlum olub
    honor-magic-v5-in-qapali-veziyyetde-govde-qalinligi-melum-olub