Huawei şirkəti giriş seqmentinə daxil olan yeni naqilsiz qulaqlığını təqdim edib. Şirkətin yeni qulaqlığı Huawei FreeBuds SE 3 adlanır. Şirkətin rəsmi məlumatına əsasən qulaqlıqlardan hər biri 10 mm-lik audio drayver ilə təchiz olunub. Qulaqlıqlarda ətraf səs-küyün aktiv boğulması funksiyası mövcud deyil. Qulaqlıqların hər biri 41 mAh enerji tutumlu batareya ilə, onlar üçün nəzərdə tutulmuş şarj keysi isə 510 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Məlumata əsasən qulaqlıqlar bir dəfə şarj olunandan sonra 9 saat ərzində çalışırlar. Şarj keysi sayəsində bu göstərici 42 saat təşkil edir. Bununla belə qulaqlıqlar şarj keysi vasitəsilə 10 dəqiqə şarj edildikdən sonra 3 saat ərzində çalışırlar. Şarj keysininin tam şarjı isə 110 dəqiqə çəkir. HUAWEI FreeBuds SE 3 yaxın zamanda Çində satışa çıxacaq və onun qiyməti 27$ təşkil edəcək. Bu yeni naqilsiz qulaqlığın digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.