Huawei Mate 70 smartfon seriyası bu il bir qədər gec təqdim oluna bilər
Cihazlar+
24.07.2024
Emil Nəcəfov
ABŞ hökuməti tərəfindən Huawei-yə qarşı təyin edilmiş müxtəlif sanksiyalara baxmayaraq keçən il şirkət 5G dəstəkli Huawei Mate 60 smartfonlarını təqdim etməklə bir çoxlarını təəccübləndirmişdi. Bu il isə Huawei Mate 70 smartfon seriyasının təqdim olunacağı gözlənilir. Lakin son məlumatlara əsasən şirkət Huawei Mate 70 smartfon seriyasının təqdimatını bir qədər təxirə salmış ola bilər.
Belə ki, Digital Chat Station ləqəbli məşhur insayderin vermiş olduğu yeni məlumatda qeyd edilib ki, şirkət sözügedən smartfon seriyasının təqdimatını təxirə salıb və nəticədə təqdimat tədbiri bu ilin dördüncü rübündə baş tutacaq. Yəni bu ilin sonuna yaxın. Daha öncə isə Huawei Mate 70 smartfonlarının sentyabr və ya oktyabrda təqdim olunacaqları gözlənilirdi. Bəzi məlumatlara əsasən Huawei Mate 70 smartfonu 1.5K keyfiyyətli LTPO OLED ekranla təchiz olunacaq və Kirin 9100 prosessoru vasitəsilə çalışacaq. Bu smartfon seriyasına adi Mate 70 ilə yanaşı daha bir neçə modelin daxil olacağı gözlənilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Huawei şirkətinin 3 qat qatlana bilən smartfonunun hansı prosessoru əldə edəcəyi məlum olub
Huawei şirkətinin 3 qat qatlana bilən smartfonunun hansı prosessoru əldə edəcəyi məlum olub
Son günlərdə ortaya çıxmış məlumatlara əsasən Huawei şirkəti 3 qat qatlanma mexanizminə sahib qeyri-adi qatlana bilən smartfonu təqdim etməyə hazırlaşır.
Huawei nova seriyasının ilk qatlana bilən smartfonu təqdimata hazırlaşır
Huawei nova seriyasının ilk qatlana bilən smartfonu təqdimata hazırlaşır
Digital Chat Station ləqəbli məşhur insayderin vermiş olduğu məlumata əsasən Huawei şirkəti qatlana bilən smartfonlar bazarındakı mövqelərini gücləndirmək niyyətindədir.
Huawei şirkətinin yeni qeyri-adi qatlana bilən smartfonu yaxın aylarda təqdim oluna bilər
Huawei şirkətinin yeni qeyri-adi qatlana bilən smartfonu yaxın aylarda təqdim oluna bilər
Son zamanlarda ortaya çıxmış məlumata əsasən Huawei şirkəti 3 qat qatlanma mexanizminə sahib smartfon üzərində çalışır.
Huawei gələcək qatlana bilən smartfonlarının dizaynlarını patentləşdirib
Huawei gələcək qatlana bilən smartfonlarının dizaynlarını patentləşdirib
Huawei öz qatlana bilən smartfonlar sahəsini inkişaf etdirməyə davam edir.
Huawei şirkətinin 3 qat qatlanma mexanizminə sahib smartfonunun mümkün təqdimat müddəti açıqlanıb
Huawei şirkətinin 3 qat qatlanma mexanizminə sahib smartfonunun mümkün təqdimat müddəti açıqlanıb
Son zamanlarda ortaya çıxmış məlumata əsasən Huawei şirkəti 3 qat qatlanma mexanizminə sahib smartfon üzərində çalışır.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!