Bir neçə ay ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra Huawei şirkəti sonunda nova 12 smartfon seriyasının təqdimatını anons edib. Şirkətin rəsmi məlumatına əsasən nova 12 smartfon seriyası 26 dekabr tarixində təqdim ediləcək. Son məlumat sızıntılarına əsasən sözügedən seriyaya minimum 3 model daxil olacaq. Nova 12, nova 12 Pro və nova 12 Ultra.