Huawei P70 smartfonlarından birinin arxa kamera dizaynı təsdiqlənib
Cihazlar+
24.01.2024
Emil Nəcəfov
Huawei şirkəti yaxın aylar ərzində P70 smartfon seriyasını təqdim edəcək. Sözügedən seriyaya daxil olacaq modellərdən birinin arxa kamera sahəsinin dizaynını əks etdirən foto ortaya çıxıb. Bununla yanaşı insayderlər Huawei P70 smartfonlarının əsas arxa kameraları barəsində məlumatlar veriblər. Beləliklə ortaya çıxmış fotoya əsasən P70 smartfonlarından birinin arxa kamera sahəsi üçbucaq dizaynına sahib olacaq.
Fotoda əks olunmuş detal daxilində 3 ədəd dairəvi sahənin olması smartfonun üçlü arxa kamera ilə təchiz olunacağına işarə edir. İnsayderlər bildiriblər ki, adi P70 və P70 Pro modelləri 1/1.3 düym optik formatına sahib OmniVision OV50H adlı kamera obyektivini əldə edəcəklər və bu kamera obyektivi dəyişkən diafraqmaya sahib olacaq. Huawei P70 Art modeli isə Sony IMX989 adlı əsas arxa kameranı əldə edəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Huawei P70 smartfonlarının bəzi tenxiki imkanları açıqlanıb
Huawei P70 smartfonlarının bəzi tenxiki imkanları açıqlanıb
Huawei şirkəti P60 smartfon seriyasını keçən ilin mart ayında təqdim etmişdi.
Huawei HarmonyOS NEXT mobil əməliyyat sistemini təqdim edib (VİDEO)
Huawei HarmonyOS NEXT mobil əməliyyat sistemini təqdim edib (VİDEO)
Huawei şirkəti keçirtmiş olduğu xüsusi press-konfrans çərçivəsində HarmonyOS NEXT adlı mobil əməliyyat sistemini təqdim edib.
Huawei P70-in əsas arxa kamerasının fərqləndirici özəlliyi açıqlanıb
Huawei P70-in əsas arxa kamerasının fərqləndirici özəlliyi açıqlanıb
Huawei şirkəti yaxın aylar ərzində P70 smartfon seriyasını təqdim etməlidir.
Təqdimata hazırlaşan yeni Huawei Kirin prosessorunun bəzi texniki imkanları açıqlanıb
Təqdimata hazırlaşan yeni Huawei Kirin prosessorunun bəzi texniki imkanları açıqlanıb
Çinli insayderlərdən biri Huawei şirkətinin təqdimata hazırlaşan yeni Kirin prosessorunun bəzi texniki göstəriciləri barəsində məlumat verib.
Huawei P70 Art-ın ilk render fotosu təqdim edilib
Huawei P70 Art-ın ilk render fotosu təqdim edilib
Huawei şirkəti yaxın aylar ərzində Huawei P70 smartfon seriyasını təqdim etməlidir.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ