Huawei keçən ilin birinci yarısında Pura 70 smartfonlarını təqdim etmişdi. Onlardan biri də Huawei Pura 70 Ultra idi. Bu ilin birinci yarısında isə Huawei Pura 80 smartfonlarının təqdim ediləcəyi və onlardan birinin Pura 80 Ultra olacağı gözlənilir. İnsayderlərin vermiş olduqları məlumata əsasən şirkət Huawei Pura 80 Ultra üçün xüsusi kameralar hazırlayır və həmin kameralar xüsusi proqram təminatını özlərində birləşdirəcəklər.
İnsayderlər bildiriblər ki, Huawei bu smartfonla mobil çəkiliş keyfiyyəti mövzusunda nömrə 1 olmağa hədəflənib. Məlumatda qeyd edilib ki, Huawei Pura 80 Ultra-nın işlək prototipi artıq hazırdır və o özündə üçlü arxa kameranı birləşdirir. İnsayderlər əlavə ediblər ki, smartfon yeni Kirin prosessoru vasitəsilə çalışacaq və müxtəlif çalışma ssenariləri üçün nəzərdə tutulmuş müxtəlif süni zəka funksiyalarına sahib olacaq. Qeyd etmək lazımdır ki, Huawei Pura 80 smartfon seriyasının təqdimatını aprel ayı üçün gözləmək olar.