Apple şirkətinin 9 sentyabr tarixində təqdim edəcəyi iPhone 16 smartfon seriyasına daxil olacaq ənənəvi modellər arasında iPhone 16 Pro və iPhone 16 Pro Max olacaqlar. Görünür, bu modellər təkmilləşdirilmiş kamera imkanları ilə seçiləcəklər. Buna Sharaf DG adlı riteyler tərəfindən təqdim edilmiş qısa tizer video işarə edib. Təqdim edilmiş qısa tizer videoda 3 ədəd qəhvə fincanı əks olunub. Videonun müəyyən hissəsində həmin qəhvələr iPhone 16 Pro modellərinin arxa kameralarına çevrilirlər. İnsayderlərin sözlərinə əsasən bu qısa tizer videosu iPhone 16 Pro modelləri arasında yeni qəhvə rəngli gövdə ilə yanaşı onların kameralarının sahib olacaqları minimal məsafədə çəkiliş rejiminin nə dərəcədə yaxşılaşdırıldığını əks etdirir.