main-post-cover

    iPhone 16 Pro-nun CAD render fotoları təqdim edilib

    Cihazlar+
    11.03.2024
    Emil Nəcəfov
         Apple şirkətinin hazırladığı 4-cü nəsil iPhone SE smartfonunun CAD render fotoları keçən həftə təqdim olunmuşdu. İndi isə 91mobiles saytı bu il təqdim olunacaq iPhone 16 Pro smartfonunun CAD render fotolarını sərgiləyib. Təqdim edilmiş CAD render fotolarda iPhone 16 Pro-da olacaq Capture adlı yeni düyməni görmək olar. Sözügedən sensorlu düymənin müxtəlif əməliyyatları işə salacağı gözlənilir. Buna misal olaraq kameranın işə salınmasını, fotonun çəkilməsini, kamera fokusunun tənzimlənməsini və s. gətirmək olar. CAD render fotolara əsasən Capture düyməsi smartfonun kənar hissəsindəki Action Button düyməsinin alt hissəsində yerləşəcək.
         Məlumatda qeyd edilib ki, iPhone 16 Pro modelinin ölçüləri bir qədər böyüyəcək. Belə ki, onun ölçüləri 149.6 x 71.4 x 8.4 mm təşkil edəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, hal-hazırda aktual olan iPhone 15 Pro modelinin ölçüləri 146.6 x 70.6 x 8.25 mm təşkil edir. Bu isə o deməkdir ki, iPhone 16 Pro modeli bir qədər daha uzun, daha geniş və daha qalın olacaq. CAD render fotolara əsasən smartfonun arxa kamera dizaynı dəyişilməz olaraq qalacaq. Gözləntilərə əsasən iPhone 16 Pro smartfonu 5 qat zoom özəlliyinə sahib teleobyektivi və 48 MP-lik ultra geniş bucaqlı obyektivi əldə edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    iPhone 16-nın 3D render fotosu təqdim edilib
    iphone-16-nin-3d-render-fotosu-teqdim-edilib
    Apple smart üzüyü prototipləşdirmə mərhələsindədir
    apple-smart-uzuyu-prototiplesdirme-merhelesindedir
    Huawei ilə rəqabət səbəbilə Çində iPhone satışları aşağı düşüb
    huawei-ile-reqabet-sebebile-cinde-iphone-satislari-asagi-dusub
    Apple 20 düym elastiki ekrana sahib MacBook üzərində çalışır
    apple-20-duym-elastiki-ekrana-sahib-macbook-uzerinde-calisir
    Apple dünyanın ən bahalı ikinci şirkəti statusunu da itirə bilər
    apple-dunyanin-en-bahali-ikinci-sirketi-statusunu-da-itire-biler