iPhone 16 smartfon seriyasının gələn ilin sentyabr ayında təqdim olunacağı gözlənilir. Lakin insayderlər artıq indidən bu smartfon seriyası barəsində məlumatlar verirlər. İnsayderlərin təqdim etmiş olduqları yeni məlumat iPhone 16 Pro-nun arxa kameralarından birini əhatə edir. Beləliklə onların sözlərinə əsasən iPhone 16 Pro smartfonu 48 MP-lik ultra geniş bucaqlı kamera ilə təchiz olunacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, hal hazırda aktual olan iPhone 15 Pro modeli 12 MP-lik ultra geniş bucaqlı kameraya sahibdir. Bununla yanaşı insayderlər əlavə ediblər ki, iPhone 16 Pro-da 48 MP-lik əsas arxa kamera və 12 MP-lik telekamera olduqları kimi qalacaqlar.