main-post-cover

    iPhone Air ən dözümlü iPhone statusunu təsdiqləyib (VİDEO)

    Cihazlar+
    23.09.2025
    Emil Nəcəfov
         Apple radikal dərəcədə nazik iPhone Air-i təqdim edəndə onu tarixdəki ən möhkəm iPhone adlandırdı və görünür, brendin pərəstişkarları yalnız cihazın bu statusu reallıqda təsdiqləyəcəyi anı gözləyirdilər. iPhone Air isə bunu bacardı - o, JerryRigEverything adlı YouTube kanalının müəlliflərinin ən sərt sınaqlarına tab gətirə bilib. Nəticədə cihaz sıradan çıxsa da, bu, video müəlliflərinə kifayət qədər ciddi səyə başa gəlib. JerryRigEverything adlı YouTube kanalının müəllifləri ənənəyə uyğun olaraq sınaqlara ekranın cızılmaya davamlılığını tədqiqat alətləri ilə yoxlamaqdan başladılar.
         Smartfonlarda şüşələr adətən 5 və ya 6 nömrəli alətlərlə (Moss şkalası üzrə ballar) təmasda zədələnir. Əvvəlki demək olar ki, bütün iPhone modelləri 6 nömrəli alətin təsirindən nəzərəçarpacaq cızıqlar alırdı. Amma iPhone Air modelində Apple yeni nəsil Ceramic Shield 2 qoruyucu şüşəsini quraşdırıb - bu isə əvvəlkilərdən xeyli möhkəm çıxdı və 6 nömrəli alət ekran üzərində demək olar ki, heç bir cızıq buraxmadı, daha nəzərəçarpan izlər yalnız kvarsdan hazırlanmış 7 nömrəli alətlə göründü. Titan çərçivə yan kənarlarda sərt bıçaqla təmasda, təbii ki, cızıqlarla örtüldü, amma düymələr daha möhkəm çıxdı.
         Ekranı alışqan vasitəsilə sıradan çıxarmaq da mümkün olmadı. Lakin ən təəccüblü nəticə əyilmə testində alındı: kanalın müəllifləri nə qədər çalışsalar da, smartfonu əlləri ilə sındıra bilmədilər. Apple iPhone Air həqiqətən də ən möhkəm model oldu. Buna görə də videonun müəllifləri son çarə kimi mexaniki qurğudan istifadə edərək, tətbiq olunan gücü ölçməklə əyilmə sınağına keçdilər - ekran 98 kq göstəricisində çatladı. Amma ekran çatlamasına baxmayaraq sensor panel işlək vəziyyətdə qaldı, Ceramic Shield 2 ilə örtülmüş arxa şüşə isə bütöv qaldı. Apple bunun tarixdəki ən möhkəm iPhone olduğunu təsdiqləmişdi və görünür, bu doğrudur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Satışların startında iPhone 17 Pro və iPhone 17 Pro Max-a tələbat olduqca yüksək olub
    satislarin-startinda-iphone-17-pro-ve-iphone-17-pro-max-a-telebat-olduqca-yuksek-olub
    Apple 2026-cı ildə sensorlu ekrana sahib MacBook Pro-nu satışa çıxara bilər
    apple-2026-ci-ilde-sensorlu-ekrana-sahib-macbook-pro-nu-satisa-cixara-biler
    macOS 26 Tahoe rəsmi şəkildə istifadəyə verilib
    macos-26-tahoe-resmi-sekilde-istifadeye-verilib
    iPadOS 26 rəsmi şəkildə istifadəyə verilib
    ipados-26-resmi-sekilde-istifadeye-verilib
    iOS 26 rəsmi şəkildə istifadəyə verilib
    ios-26-resmi-sekilde-istifadeye-verilib