İstifadəçilərin yeni modelə keçməməsi səbəbilə aktivləşdirilən iPhone modellərinin sayı günü-gündən azalır!
Cihazlar+
25.04.2024
Farid Pardashunas
CIRP-nin yeni hesabatına görə, iPhone-ların aktivləşdirmə faizi son illərdə ən aşağı səviyyəyə çatıb. iPhone qiymətlərinin artması və digər amillərlə əlaqədar olaraq yeni modellərə keçid azalıb.
Amerikada iPhone aktivləşdirmələrində Apple-ın bazar payı kəskin şəkildə azalıb. iPhone-un aktivləşdirilməsinin sayı 33%-ə qədər azalaraq son illərin ən aşağı səviyyəsinə çatıb. CIRP tərəfindən son 4 rübün statistikaları hər kəsə açıq şəkildə təqdim edilib. Aydındır ki, Apple hazırda aktivləşdirmə bazarının üçdə ikisini tutan Android smartfon istehsalçılarının sərt rəqabəti ilə üzləşir. Bununla belə, Google-un mobil əməliyyat sistemi ilə işləyən bir çox cihazın iPhone-larla müqayisədə kifayət qədər münasib olması iPhone aktivləşdirmələrinin azalmasının bir neçə səbəblərindən biridir. Smartfonların qiymətləri artdıqca, onların davamlılığı da artır. Bu başqa bir səbəbdir, lakin ən əsası istifadəçilərin uzun müddətdir ki, iPhone-larda yeni modelə keçmək üçün əsaslı səbəb tapa bilməmələridir. Apple uzun müddətdir ki, iPhone-lara funksiyalar baxımından yeni heç nə əlavə etmir. İstifadəçilər növbəti modeli gözləməyə üstünlük verirlər.
CIRP-nin son hesabatı göstərir ki, Amerikada satılan hər üç yeni smartfondan ikisi Android cihazlarıdır. Apple 2017-ci ildən bəri bu qədər aşağı rəqəmlər görməmişdi. Bu arada, iPhone 16 seriyasında ciddi dizayn dəyişikliyi gözlənilmir. Kamera proqramına daxil olmağı asanlaşdıran yeni düymədən (capture button olaraq adlanır) və sadə modellər üçün şaquli kamera düzümündən başqa heç bir dizayn fərqi olmayacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Apple, iPhone-larda işləyə bilən yeni süni intellekt modelini təqdim edib!
Apple, iPhone-larda işləyə bilən yeni süni intellekt modelini təqdim edib!
Apple, buludda deyil, birbaşa cihazda işləmək üçün nəzərdə tutulan OpenELM adlı süni intellekt modellərini təqdim edib.
14 illik gözləntidən sonra iPad planşetləri öz doğma kalkulyator tətbiqini əldə edəcəklər
14 illik gözləntidən sonra iPad planşetləri öz doğma kalkulyator tətbiqini əldə edəcəklər
Apple şirkətinin iPad planşetləri üçün nəzərdə tutulmuş iPadOS əməliyyat sistemi geniş funksionallığa sahib olsa da, onda hələ də doğma kalkulyator tətbiqi yoxdur.
Apple şirkəti Vision Pro-nun istehsalat həcmini azaldıb
Apple şirkəti Vision Pro-nun istehsalat həcmini azaldıb
Dünən xəbər ortaya çıxdı ki, Apple şirkətinin qarışıq reallıq cihazı olan Vision Pro-nun ABŞ-dakı satışları demək olar dayanmış vəziyyətdədir.
Apple Vision Pro-nun satışları demək olar dayanıb
Apple Vision Pro-nun satışları demək olar dayanıb
Apple şirkətinin ilk qarışıq reallıq ( AR + VR / Mixed Reality) cihazı olan Vision Pro-nun rəsmi satışlarına iki ay bundan öncə start verilmişdi.
Apple yeni iPad planşetlərinin təqdimatlarını anons edib
Apple yeni iPad planşetlərinin təqdimatlarını anons edib
Apple şirkəti öz növbəti təqdimatını anons edib.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!