main-post-cover

    Kompakt ölçülü OnePlus 13T təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    24.04.2025
    Emil Nəcəfov
         OnePlus uzun müddət ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra OnePlus 13T adlı kompakt ölçülü smartfonunu təqdim edib. Kompakt ölçüdə olmasına baxmayaraq bu yeni smartfon öz flaqman imkanları ilə seçilir. Beləliklə OnePlus 13T smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2640x1216 piksel keyfiyyətli 6.32 düym ölçülü LTPO OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1600 nit təşkil edir. Barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib və ekranın özü əlavə olaraq Crystal Shield Glass qoruyucu şüşəsi ilə əhatə olunub.
         OnePlus 13T-nin gövdəsi IP65 standartı üzrə tozdan və nəmişlikdən qorunma özəlliyinə sahibdir. Smartfon Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışır və 12/16 GB RAM ilə 256/512 GB/1 TB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda OnePlus 13T özündə 50 MP + 50 MP ikili arxa kameranı və 16 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 80 vatt gücündə sürətli şarj texnologiyalı 6260 mAh enerji tutumlu batareya ilə təchiz olunub.OnePlus 13T 30 aprel tarixində satışa çıxacaq və onun qiyməti 475$-dan start götürəcək. Smartfonun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Mənbə: GSMarena
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Təqdimata hazırlaşan OnePlus 13T-nin hansı həcmdə batareyaya sahib olacağı açıqlanıb
    teqdimata-hazirlasan-oneplus-13t-nin-hansi-hecmde-batareyaya-sahib-olacagi-aciqlanib
    Təqdimata hazırlaşan OnePlus 13T-nin arxa kamera göstəriciləri rəsmi şəkildə açıqlanıb
    teqdimata-hazirlasan-oneplus-13t-nin-arxa-kamera-gostericileri-resmi-sekilde-aciqlanib
    OnePlus Pad 2 Pro flaqman planşeti Geekbench testlərindən keçib
    oneplus-pad-2-pro-flaqman-planseti-geekbench-testlerinden-kecib
    Kompakt ölçülü OnePlus 13T-nin təqdimatı rəsmi şəkildə anons edilib
    kompakt-olculu-oneplus-13t-nin-teqdimati-resmi-sekilde-anons-edilib
    Kompakt ölçülü OnePlus 13T smartfonu Geekbench testlərindən keçib
    kompakt-olculu-oneplus-13t-smartfonu-geekbench-testlerinden-kecib