
Lenovo Legion Go 2-nin prototipi təqdim edilib
Cihazlar+
08.01.2025
Emil Nəcəfov
Lenovo şirkəti Lenovo Legion Go S portativ oyun konsolu ilə yanaşı Lenovo Legion Go 2-nin prototipini də təqdim edib. Beləliklə şirkət 2023-cü ildə təqdim edilmiş birinci nəsil Lenovo Legion Go-nun davamçısı üzərində çalışdığını təsdiqləyib. Şirkət bildirib ki, Lenovo Legion Go 2 modul tipli gövdəyə sahib olacaq. Yəni onun gamepad hissələrini əsas gövdədən ayırmaq mümkün olacaq. Yeni portativ oyun konsolunda ekran ölçüsü 8.8 düym təşkil edəcək.
Söhbət, 144 Hz-lik təsvir yenilənməsinə və 500 nit maksimal parlaqlıq səviyyəsinə sahib OLED ekrandan gedir. Cihaz özündə LPDDR5X standartlı 32 GB RAM-ı və 74 vatt-saat batareya həcmini birləşdirəcək. Bununla yanaşı Lenovo Legion Go 2 konsolu AMD Ryzen Z2 Extreme prosessoru vasitəsilə çalışacaq, RDNA 3.5 arxitekturalı qrafik çipi əldə edəcək və 2 TB-lıq SSD-yə sahib olacaq. Lenovo Legion Go 2-nin rəsmi şəkildə nə zaman təqdim olunacağı açıqlanmayıb.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Lenovo Legion Pro 34W-10 gaming monitoru təqdim edilib - QİYMƏTİ

Lenovo Legion Pro 34W-10 gaming monitoru təqdim edilib - QİYMƏTİ
Lenovo şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru Lenovo Legion Pro 34W-10 adlanır.
Lenovo Legion Glasses 2 eynəyi təqdim edilib

Lenovo Legion Glasses 2 eynəyi təqdim edilib
Lenovo şirkəti 2023-cü ildə Lenovo Legion Glasses eynəyini təqdim etmişdi. İndi isə şirkət Lenovo Legion Glasses 2 eynəyini təqdim edib.
Lenovo Legion Go S portativ oyun konsolu təqdim edilib - QİYMƏTİ

Lenovo Legion Go S portativ oyun konsolu təqdim edilib - QİYMƏTİ
Lenovo 2023-cü ilin ikinci yarısında Lenovo Legion Go adlı portativ oyun konsolunu təqdim etmişdi. İndi isə şirkət onun sadələşdirilmiş versiyası olan Lenovo Legion Go S-i təqdim edib.
Lenovo Yoga Tab Plus flaqman planşeti təqdim edilib - QİYMƏTİ

Lenovo Yoga Tab Plus flaqman planşeti təqdim edilib - QİYMƏTİ
Lenovo şirkəti Lenovo Yoga Tab Plus adlı yeni flaqman planşetini təqdim edib. Sözügedən yeni planşet böyük ölçülü ekranı və flaqman prosessoru ilə seçilir.
Ekranı böyüdülə bilən Lenovo ThinkBook Plus Gen 6 Rollable noutbuku təqdim edilib - QİYMƏTİ

Ekranı böyüdülə bilən Lenovo ThinkBook Plus Gen 6 Rollable noutbuku təqdim edilib - QİYMƏTİ
Lenovo şirkəti ekran ölçüsü böyüdülən noutbukunu təqdim edib. Sözügedən noutbuk Lenovo ThinkBook Plus Gen 6 Rollable adlanır.
Həftənin xəbərləri

