
Lenovo Legion Go 2 portativ oyun konsolu təqdim edilib - QİYMƏTİ
Cihazlar+
05.09.2025
Emil Nəcəfov
Lenovo şirkəti bu ilin əvvəlində Lenovo Legion Go 2 adlı portativ oyun konsolunun prototipini sərgiləmişdi. İndi isə şirkət Berlində keçirilən IFA 2025 sərgisi çərçivəsində bu konsolun final versiyasını təqdim edib. Təqdim edilmiş Lenovo Legion Go 2 birinci nəsil Legion Go-dan texniki özəlliklər baxımından çox fərqlənir. Lenovo bu məsələyə diqqətlə yanaşıb və nəticədə yeni portativ oyun konsolu olduqca güclü olub. Beləliklə Lenovo Legion Go 2 konsolu 30 Hz-dən 144 Hz-ə kimi təsvir yenilənməsinə sahib 1920x1200 piksel keyfiyyətli 8.8 düym ölçülü OLED ekranla təchiz olunub.
Ekranın parlaqlıq səviyyəsi 500 nit təşkil edir və o, DCI-P3 rəng diapazonunun 97%-ni əhatə edir. Konsolun gövdə qalınlığı gamepad-lar ilə birlikdə 42.25 mm, gamepad-lar olmadan 22.95 mm təşkil edir. Onun çəkisi isə gamepad-lar ilə birlikdə 920 qram, gamepad-lar olmadan isə 210 qram təşkil edir. Lenovo Legion Go 2 konsolu 2 versiyada təqdim edilib. Birinci versiya AMD Ryzen Z2 prosessoru vasitəsilə, ikinci versiya isə AMD Ryzen Z2 Extreme prosessoru vasitəsilə çalışır.

Konsolun sahib olduğu qrafika isə RDNA 3.5 arxitekturası əsasında qurulub və özündə 16 hesablayıcı bloku birləşdirir. Portativ konsol LPDDR5X-8000 standartlı 16/32 GB RAM-ı və 2 TB-lıq SSD-ni əldə edib. Cihazın batareya həcmi 74 vatt-saat təşkil edir. Lenovo Legion Go 2 konsolu Wi-Fi 6E və Bluetooth 5.3 texnologiyalarının dəstəklərini, USB4 Type-C girişini, naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi və 2 vatt gücündə 2 ədəd səsgücləndiricini əldə edib. Cihaz Windows 11 vasitəsilə çalışır. Lenovo Legion Go 2 gələn ay satışa çıxacaq və onun qiyməti 1099$-dan start götürəcək.


Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Lenovo 90 dərəcə fırlanan ekrana sahib təcrübi noutbukunu təqdim edib

Lenovo 90 dərəcə fırlanan ekrana sahib təcrübi noutbukunu təqdim edib
Berlin-də keçirilən IFA 2025 sərgisi maraqlı və perspektivli cihazlarla sevindirməyə davam edir. Lenovo tədbirin aktiv iştirakçısıdır və daha əvvəl KİV-də Project Pivo işçi adı ilə tanınmış qeyri-adi fırlanan ekranlı noutbuku təqdim edib.
Orta büdcəli Lenovo Idea Tab Plus planşeti təqdim edilib - QİYMƏTİ

Orta büdcəli Lenovo Idea Tab Plus planşeti təqdim edilib - QİYMƏTİ
Lenovo şirkəti Yoga Tab ilə yanaşı Idea Tab Plus adlı orta büdcəli planşetini də təqdim edib. Bu yeni planşet böyük ölçülü ekranı və MediaTek Dimensity prosessorunu əldə edib.
Flaqman Snapdragon prosessoruna sahib Lenovo Yoga Tab planşeti təqdim edilib - QİYMƏTİ

Flaqman Snapdragon prosessoruna sahib Lenovo Yoga Tab planşeti təqdim edilib - QİYMƏTİ
Lenovo şirkəti qlobal bazarda Yoga Tab adlı yeni planşetini təqdim edib. Bu yeni planşet böyük ölçülü ekranı və flaqman Snapdragon prosessorunu əldə edib.
Orta büdcəli Lenovo Idea Tab planşeti təqdim edilib - QİYMƏTİ

Orta büdcəli Lenovo Idea Tab planşeti təqdim edilib - QİYMƏTİ
Lenovo şirkəti Idea Tab adlı yeni orta büdcəli planşetini təqdim edib. Beləliklə bu yeni planşet 2560x1600 piksel keyfiyyətli 11 düym ölçülü LCD ekranla təchiz olunub.
Lenovo Legion R7000 2025 gaming noutbuku təqdim edilib - QİYMƏTİ

Lenovo Legion R7000 2025 gaming noutbuku təqdim edilib - QİYMƏTİ
Lenovo şirkəti Legion R7000 2025 adlı yeni gaming noutbukunu təqdim edib. Bu yeni gaming noutbuku 180 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1600 piksel keyfiyyətli 15.6 düym ölçülü IPS ekranla təchiz olunub.
Həftənin xəbərləri

