main-post-cover

    LG UltraGear 32G810SA gaming monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    10.03.2025
    Emil Nəcəfov
         LG öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru UltraGear seriyasına daxildir və UltraGear 32G810SA adlanır. Beləliklə bu yeni monitor 144 Hz-lik təsvir yenilənməsinə sahib 3840x2160 piksel keyfiyyətli 31.5 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 1 millisaniyə təşkil edir. Ekran DCI-P3 rəng diapazonunun 95%-ni əhatə edir.
         Monitor özündə AMD FreeSyncNVIDIA G-SYNC texnologiyalarının dəstəklərini birləşdirir. Monitor HDMI 2.1, DisplayPort 1.4, EthernetUSB-C girişlərini əldə edib. USB-C girişi vasitəsilə digər cihazları şarj etmək mümkündür. Bunun üçün o, 65 vatt çıxış gücünə sahibdir. Bu monitor həmçinin smart televizor rolunda da çıxış edə bilər. Çünki onun əsasını webOS əməliyyat sistemi təşkil edir. Bu isə öz növbəsində monitor üzərindən YouTube, Netflix, Disney+ və s. kimi servisləri istifadə etməyə imkan verir. LG UltraGear 32G810SA artıq satışa çıxıb və onun qiyməti 1299$ təşkil edir.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    LG UltraGear 27G850A-B gaming monitoru təqdim edilib - QİYMƏTİ
    lg-ultragear-27g850a-b-gaming-monitoru-teqdim-edilib-qiymeti
    Samsung ardıcıl 19-cu il dünya televizor bazarının lideri olub
    samsung-ardicil-19-cu-il-dunya-televizor-bazarinin-lideri-olub
    LG UltraGear OLED 34GX90SA gaming monitoru təqdim edilib
    lg-ultragear-oled-34gx90sa-gaming-monitoru-teqdim-edilib
    LG UltraGear 27G850A gaming monitoru təqdim edilib - QİYMƏTİ
    lg-ultragear-27g850a-gaming-monitoru-teqdim-edilib-qiymeti
    LG UltraFine 32U990A monitoru təqdim edilib
    lg-ultrafine-32u990a-monitoru-teqdim-edilib