Son günlərdə ortaya çıxmış məlumatlara əsasən Apple şirkəti gələn il təqdim ediləcək iPhone 17 smartfon seriyasında iPhone 17 Plus modelini iPhone 17 Slim adlı yeni model ilə əvəz edəcək. Məşhur analitik Ming-Chi Kuo öz növbəsində iPhone 17 Slim barəsində bəzi məlumatları bölüşüb. Beləliklə analitikin sözlərinə əsasən gələn il təqdim ediləcək iPhone 17 Slim modeli 2740x1260 piksel keyfiyyətli 6.6 düym ölçülü ekranı əldə edəcək.
Ekran üzərində isə hal-hazırda aktual olan iPhone-larda olduğu kimi Dynamic Island çıxıntısı yerləşəcək. Analitikin fikrincə iPhone 17 Slim smartfonu Apple A19 prosessoru vasitəsilə çalışacaq və özündə titan materialdan hazırlanmış gövdə ətrafı çərçivəni birləşdirəcək. Bununla yanaşı smartfonun bir ədəd arxa kamera ilə təchiz olunacağı gözlənilir. Analitikin sözlərinə əsasən iPhone 17 Slim-in istehsalat xərclərini azaltmaq istiqamətində onun gövdə ətrafı çərçivəsində iPhone 15 Pro və iPhone 15 Pro Max ilə müqayisədə daha az miqdarda titan materialdan istifadə ediləcək.