main-post-cover

    Məşhur insayder Xiaomi 15-in əsas texniki imkanlarını açıqlayıb

    Cihazlar+
    12.06.2024
    Emil Nəcəfov
         Digital Chat Station ləqəbli məşhur insayder dünən Xiaomi 15 Pro-da olacaq kamera özəllikləri barəsində məlumat vermişdi. İndi isə həmin insayder adi Xiaomi 15-in əsas texniki imkanlarını bölüşüb. Beləliklə insayderin sözlərinə əsasən Xiaomi 15 smartfonu 1.5K keyfiyyətli 6.36 düym ölçülü LTPO OLED ekranı əldə edəcək və bununla yanaşı ekrana ultrasəs texnologiyası əsasında çalışan barmaq izi skanı inteqrasiya ediləcək.
         Məlumatda qeyd edilib ki, smartfon oktyabr ayında təqdim ediləcək Snapdragon 8 Gen 4 flaqman prosessoru vasitəsilə çalışacaq. İnsayderin sözlərinə əsasən Xiaomi 15-in maksimal konfiqurasiyada versiyası 16 GB RAM-a və 1 TB-lıq daxili yaddaş həcminə sahib olacaq. Bununla yanaşı smartfonun 50 MP + 50 MP + 50 MP üçlü arxa kameranı əldə edəcəyi gözlənilir. Qeyd etmək lazımdır ki, Xiaomi 15 smartfon seriyasının payız fəslində təqdim olunacağı ehtimal edilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Qlobal bazarda Xiaomi 14 CIVI smartfonu təqdim edilib - QİYMƏTİ
    qlobal-bazarda-xiaomi-14-civi-smartfonu-teqdim-edilib-qiymeti
    Xiaomi 15 Pro-nun kameraları barəsində yeni məlumatlar ortaya çıxıblar
    xiaomi-15-pro-nun-kameralari-baresinde-yeni-melumatlar-ortaya-cixiblar
    POCO M6 smartfonu təqdim edilib - QİYMƏTİ
    poco-m6-smartfonu-teqdim-edilib-qiymeti
    POCO M6-nın təqdimatı anons edilib
    poco-m6-nin-teqdimati-anons-edilib
    Xiaomi, insanabənzər robotunu istehsal proseslərinə inteqrasiya etməyi planlaşdırır!
    xiaomi-insanabenzer-robotunu-istehsal-proseslerine-inteqrasiya-etmeyi-planlasdirir