main-post-cover

    Meta Ray-Ban Display AR eynəyi təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    18.09.2025
    Emil Nəcəfov
         Meta şirkəti Connect 2025 konfransında ilk daxili ekrana malik artırılmış reallıq (AR) eynəyi olan Meta Ray-Ban Display-i təqdim edib. O, ABŞ-da sentyabrın sonunda 799$-a satışa çıxacaq. 2026-cı ilin əvvəlində yenilik Kanada, Fransa, İtaliya və Böyük Britaniyada satışa təqdim olunacaq. Klassik Wayfarer üslubunda bir qədər qalın çərçivəyə sahib Meta Ray-Ban Display eynəyi sağ linzaya yerləşdirilmiş 600x600 piksel keyfiyyətli və 20 dərəcə baxış bucağına malik tam rəngli ekranla təchiz olunub. Ekran linzanın kənarında yerləşdiyindən baxışı bağlamır. Onun maksimal parlaqlıq səviyyəsi 5000 nit təşkil edir, işıq səpələnməsi isə cəmi 2% olduğundan ətrafdakı insanlar üçün demək olar ki, görünməz qalır.
         Bu ekran vasitəsilə istifadəçi mətn mesajlarını, altyazıları və real vaxt tərcüməsini, Instagram lentini, xəritələri və ya şəkil önbaxışlarını izləyə, videozəngləri qəbul edə, musiqi oxutmanı idarə edə və Meta AI ağıllı assistentindən vizual cavablar ala biləcək - bütün bunları smartfonu çıxarmadan etmək mümkün olacaq. Bundan əlavə, eynək piyadalar üçün addım-addım naviqasiya göstərişlərini təqdim edə bilir. Meta Ray-Ban Display eynəyi işıqlandırma şəraitinə avtomatik uyğunlaşan Transitions linzaları ilə təchiz olunub. Ray-Ban Meta AI kimi, yeni eynək də çərçivələrin qollarında sensor panellərlə təchiz olunub və səsli idarəetməni dəstəkləyir.
         Meta Ray-Ban Display ilə birlikdə Meta Neural Band adlı xüsusi qolbaq təqdim olunur. Bu qolbaq əzələlərdən gələn siqnalları oxumaq üçün elektromioqrafiyadan istifadə edərək jestlər vasitəsilə cihaz ilə qarşılıqlı əlaqəni təmin edir. Məsələn, şəhadət barmağını bükmək menyu bəndini seçməyə imkan verir, orta barmaqla eyni hərəkət isə “Geri” funksiyasını icra edir. Orta barmağın 2 dəfə bükülməsi ekranı aktivləşdirir və ya gizlədir. Ağıllı eynəyin qarışıq rejimdə avtonom işləmə müddəti 6 saata qədər, şarj futlyarı ilə isə 30 saata qədərdir. Meta Neural Band isə 18 saata qədər işləyə bilir. Qolbaq IPX7 standartı üzrə suya davamlıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Ray-Ban Meta Gen 2 ağıllı eynəyi təqdim olunub - QİYMƏTİ
    ray-ban-meta-gen-2-agilli-eyneyi-teqdim-olunub-qiymeti
    ABŞ hökuməti süni intellekt əsaslı çat-botların təhlükəsizlikləri ilə bağlı istintaqa başlayıb
    abs-hokumeti-suni-intellekt-esasli-cat-botlarin-tehlukesizlikleri-ile-bagli-istintaqa-baslayib
    Meta-dan süni intellekt mütəxəssislərinin axını davam edir
    meta-dan-suni-intellekt-mutexessislerinin-axini-davam-edir
    WhatsApp-dakı təhlükəsizlik ilə bağlı problemləri görməzdən gəldiyi səbəbilə Meta məhkəməyə verilib
    whatsapp-daki-tehlukesizlik-ile-bagli-problemleri-gormezden-geldiyi-sebebile-meta-mehkemeye-verilib
    Meta Instagram və digər platformalarında uşaqlar üçün risklərin araşdırılmasına mane olur
    meta-instagram-ve-diger-platformalarinda-usaqlar-ucun-risklerin-arasdirilmasina-mane-olur