Steam Deck və Nintendo Switch kimi konsolların uğurlarını nəzərə alan böyük texnoloji şirkətlər portativ oyun konsolları bazarına daha çox diqqət ayırırlar. Görünür, Microsoft şirkəti də özünü bu bazarda sınamaq qərarına gəlib. Belə ki, insayderlərin vermiş olduqları məlumata əsasən Microsoft-un bir sıra qlobal layihələrindən biri də portativ oyun konsolu ilə bağlıdır. İnsayderlərin sözlərinə əsasən şirkətin potensial portativ oyun konsolunun əsasını Xbox Cloud Gaming servisi təşkil edəcək. Microsoft-un Xbox şöbəsinin öz yeni inkişaf strategiyasını nəzərə almaqla söyləmək olar ki, portativ oyun konsolu olduqca məntiqli bir addım kimi səslənir. Həmçinin nəzərə almaq lazımdır ki, bu cür məhsulun reallaşdırılması üçün şirkətin texnoloji bazası, infrastrukturu və resursları mövcuddur.