main-post-cover

    Moto Pad 60 PRO planşeti təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    17.04.2025
    Emil Nəcəfov
         Motorola şirkəti Moto Pad 60 PRO adlı yeni planşetini təqdim edib. Bu yeni planşet böyük ölçülü ekranı və güclü prosessoru əldə edib. Beləliklə Moto Pad 60 PRO planşeti 144 Hz-lik təsvir yenilənməsinə sahib 2944x1840 piksel keyfiyyətli 12.7 düym ölçülü LCD ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit təşkil edir. Planşet 4 nanometrlik MediaTek Dimensity 8300 prosessoru vasitəsilə çalışır və 8/12 GB RAM ilə 128/256 GB (1 TB-a kimi microSD dəstəkli) daxili yaddaş həcmini əldə edib.
         Kameralar mövzusunda Moto Pad 60 PRO özündə 13 MP-lik ön kameranı və 8 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə planşet 45 vatt gücündə sürətli şarj texnologiyalı 10 200 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Planşet üstəlik Dolby Atmos dəstəkli 4 ədəd JBL səsgücləndiricisinə sahibdir. Moto Pad 60 PRO 23 aprel tarixində Hindistanda satışa çıxacaq və onun qiyməti 316$-dan start götürəcək. Planşetin digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Mənbə: GSMarena
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Orta büdcəli Motorola Edge 60 STYLUS smartfonu təqdim edilib - QİYMƏTİ
    orta-budceli-motorola-edge-60-stylus-smartfonu-teqdim-edilib-qiymeti
    Qatlana bilən qapaqlı Motorola Razr 2025 smartfon seriyasının təqdimatı anons edilib
    qatlana-bilen-qapaqli-motorola-razr-2025-smartfon-seriyasinin-teqdimati-anons-edilib
    Orta büdcəli Moto G Stylus 2025 smartfonu təqdim edilib - QİYMƏTİ
    orta-budceli-moto-g-stylus-2025-smartfonu-teqdim-edilib-qiymeti
    Motorola Razr 60 Ultra-nın render fotoları təqdim edilib
    motorola-razr-60-ultra-nin-render-fotolari-teqdim-edilib
    Orta büdcəli Motorola Edge 60 Fusion təqdim edilib - QİYMƏTİ
    orta-budceli-motorola-edge-60-fusion-teqdim-edilib-qiymeti