Motorola şirkəti özünün Edge smartfon seriyasının yeni modelinin təqdimatını anons edib. Söhbət, Motorola Edge 50-dən gedir. Beləliklə şirkət tərəfindən təqdim edilmiş posterə əsasən sözügedən smartfon 1 avqust tarixində təqdim olunacaq. Təqdim edilmiş posterdə Motorola Edge 50-nin həmçinin xarici görünüşü də əks olunub. Posterdən də görmək olar ki, smartfon xarici görünüşcə digər Edge 50 modellərinə bənzəyəcək. Lakin Motorola Edge 50-nin əsas fərqləndirici tərəfi ondan ibarət olacaq ki, o, bazarda MIL-STD-810 hərbi standartının tələblərinə cavab verən ən nazik gövdəli smartfon olacaq. Bununla yanaşı smartfonun gövdəsi IP68 standartı üzrə sudan qorunma özəlliyinə sahib olacaq.