Ənənəvi mobil tətbiqləri əvəzləmiş süni zəkaya sahib smartfon MWC 2024 sərgisində təqdim ediləcək
Cihazlar+
21.02.2024
Emil Nəcəfov
Bir neçə gündən sonra MWC 2024 sərgisi start götürəcək. Məlumata əsasən sərgi çərçivəsində ənənəvi mobil tətbiqlərə sahib olmayan smartfon sərgilənəcək. Belə ki, smartfonda ənənəvi mobil tətbiqlərin öhdəliklərini öz üzərinə süni zəka götürəcək. Sözügedən smartfon Deutsche Telekom adlı mobil operator tərəfindən sərgilənəcək. Məlumatda qeyd edilib ki, smartfonda olan süni zəka sistemi bu və ya digər tapşırığın düzgün şəkildə təqdim edilməsi halında müxtəlif tətbiqlərin işlərini görə biləcək. Bununla belə istifadəçi bu və ya digər tapşırığı həm mətn formatında həm də nitq formatında təqdim edə biləcək.
Məsələn istifadəçi standart tətbiqlər vasitəsilə otel və uçuş bileti axtarmadan düzgün şəkildə sorğu sayəsində öz səyahətini planlaşdıra biləcək. Smartfonun texniki tərəfi ilə Deutsche Telekom mobil operatoru, əməliyyat sistemi tərəfi ilə isə Brain.ai startapı məşğul olub. Tərtibatçıların fikirlərinə əsasən süni zəka ilə ünsiyyətə əsaslanan cihazlar kompüterlərin növbəti inkişaf mərhələsi olacaq. Məlumatda qeyd edilib ki, MWC 2024 sərgisində sərgilənəcək smartfon Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışır. Bundan əlavə olaraq süni zəka funksiyalarını Deutsche Telekom mobil operatorunun artıq satışda olan Deutsche Telekom T Phone adlı smartfonu sistem yenilənməsi vasitəsilə əldə edəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Lenovo şəffaf ekrana sahib qeyri-adi noutbukunu təqdim etməyə hazırlaşır
Lenovo şəffaf ekrana sahib qeyri-adi noutbukunu təqdim etməyə hazırlaşır
Bu ayın sonunda baş tutacaq MWC 2024 sərgisində iştirak edəcək şirkətlərdən biri də Lenovo olacaq.
Nothing şirkəti MWC 2024 sərgisi çərçivəsində növbəti təqdimatını keçirəcək
Nothing şirkəti MWC 2024 sərgisi çərçivəsində növbəti təqdimatını keçirəcək
Nothing şirkəti heç gözlənilmədən növbəti təqdimatını anons edib.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!