
Nazik gövdəli Samsung Galaxy S25 Edge təqdim olunub - QİYMƏTİ
Cihazlar+
13.05.2025
Emil Nəcəfov
Samsung çoxdan gözlənilən Galaxy S25 Edge smartfonunu təqdim edib. Təqdim edilmiş bu smartfon flaqman texniki imkanları ilə yanaşı olduqca nazik gövdəsi ilə də seçilir. Qeyd etmək lazımdır ki, Galaxy S25 Edge modeli bu ilin əvvəlində Galaxy S25 smartfon seriyasının təqdimatı zamanı anons edilmişdi. Lakin həmin vaxtda smartfonun təqdimatı keçirilmədi. İndi isə Samsung bu təqdimatı keçirtmiş oldu. Samsung bildirib ki, Galaxy S25 Edge smartfonunun gövdə qalınlığı 5.8 mm, çəkisi isə 163 qram təşkil edir. Gövdə ətrafı çərçivə titan materialdan hazırlanıb.

Smartfon 1 Hz-dən 120 Hz-ə kimi təsvir yenilənməsinə sahib Quad HD+ keyfiyyətli 6.7 düym ölçülü Dynamic AMOLED 2X ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 2600 nit təşkil edir. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib. Üstəlik ekran xüsusi olaraq Galaxy S25 Edge üçün hazırlanmış Gorilla Glass Ceramic 2 qoruyucu şüşəsi ilə əhatə olunub. Galaxy S25 Edge-in gövdəsi IP68 standartı üzrə tozdan və sudan qorunma özəlliyinə sahibdir.

Smartfon Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışır və 12 GB RAM ilə 256/512 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Galaxy S25 Edge özündə 200 MP (2 qat optik zoom, 85 dərəcə bucaq əhatəsi və optik stabilizasiya) + 12 MP (120 dərəcə bucaq əhatəsi) ikili arxa kameranı və 12 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 25 vatt gücündə sürətli şarj texnologiyalı 3900 mAh enerji tutumlu batareya ilə təchiz olunub və üstəlik sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyir. Galaxy S25 Edge bu ayın sonunda satışa çıxacaq və onun qiyməti 1099$-dan start götürəcək.

Mənbə: GSMarena
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Samsung Odyssey OLED G6 G60SF gaming monitoru təqdim edilib - QİYMƏTİ

Samsung Odyssey OLED G6 G60SF gaming monitoru təqdim edilib - QİYMƏTİ
Samsung şirkəti öz yeni gaming monitorunu təqdim edib. Yeni monitor Samsung Odyssey OLED G6 G60SF adlanır.
Samsung Galaxy S25 Edge üçün Gorilla Glass Ceramic 2 adlı yeni nəsil qoruyucu şüşə hazırlanıb

Samsung Galaxy S25 Edge üçün Gorilla Glass Ceramic 2 adlı yeni nəsil qoruyucu şüşə hazırlanıb
Samsung Galaxy S25 Edge smartfonunda, hansı ki, təqdimatı 13 may tarixində baş tutacaq, ekranı zədələrdən qorumaq üçün yeni nəsil möhkəm qoruyucu şüşə istifadə olunacaq. Söhbət, Gorilla Glass Ceramic 2-dən gedir.
OneUI 7, Samsung Galaxy A seriyasının iki smartfonu üçün son yenilənmə oiacaq

OneUI 7, Samsung Galaxy A seriyasının iki smartfonu üçün son yenilənmə oiacaq
Samsung Galaxy A seriyasına aid smartfonlar üçün OneUI 7 yeniləməsinin yayımına başlayıb. Hazırda bu yeniləmə Galaxy A35, A36 və A55 modelləri üçün əlçatandır və yaxın həftələrdə digər cihazlara da təqdim olunacaq.
Nazik gövdəli Samsung Galaxy S25 Edge smartfonunun təqdimatı rəsmi şəkildə anons edilib

Nazik gövdəli Samsung Galaxy S25 Edge smartfonunun təqdimatı rəsmi şəkildə anons edilib
Samsung bu ilin əvvəlində Galaxy S25 smartfonlarını təqdim edən zaman Galaxy S25 Edge adlı nazik gövdəli modeli də anons etmişdi.
Qatlana bilən Samsung Galaxy Z Fold 7 dünyanın ən nazik gövdəli smartfonu ola bilər

Qatlana bilən Samsung Galaxy Z Fold 7 dünyanın ən nazik gövdəli smartfonu ola bilər
Ice Universe ləqəbli məşhur insayder Samsung-un yeni qatlana bilən smartfonu Galaxy Z Fold 7 barədə maraqlı məlumat paylaşıb.
Həftənin xəbərləri

