
Nothing-in tam ölçülü qulaqlığının satış tarixi və qiyməti açıqlanıb
Cihazlar+
04.06.2025
Emil Nəcəfov
Xüsusi dizayna sahib smartfonları və naqilsiz qulaqlıqları ilə tanınan Nothing şirkəti may ayının ortalarında rəqiblərin təqdim etdikləri məhsullardan narazı olduğunu bildirib və tam ölçülü öz qulaqlığını təqdim etməyə hazırlaşdığını açıqlayıb. İstehsalçı hələ qulaqlıqla bağlı təfərrüatları açıqlamayıb, lakin ilk məlumatı MysteryLupin ləqəbli insayder paylaşıb. MysteryLupin öz X səhifəsində qeyd edib ki, bu qulaqlıq Nothing Headphone (1) adlanacaq və 30 sentyabr tarixində qara və ağ rənglərdə satışa çıxarılacaq. Onun məlumatına görə, qulaqlığın qiyməti 299$ təşkil edəcək. Bundan əvvəl Nothing sadəcə bu qulaqlığın qatlana bilən konstruksiyaya və xüsusi dizayna sahib olacağını açıqlamışdı.

Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Nothing Phone (3)-ün konkret təqdimat tarixi elan edilib

Nothing Phone (3)-ün konkret təqdimat tarixi elan edilib
Nothing şirkəti hal-hazırda Nothing Phone (3) smartfonunun təqdimatına hazırlaşır.
Nothing Phone (3)-ün yay təqdimatı anons edilib

Nothing Phone (3)-ün yay təqdimatı anons edilib
Britaniyanın Nothing şirkəti Nothing Phone (3) flaqman smartfonunun təqdimat tarixini açıqlayıb. Şirkət iyul 2025-də keçiriləcək təqdimata dair tizer videonu sərgiləyib.
Nothing tam ölçülü naqilsiz qulaqlıq üzərində çalışdığını təsdiqləyib

Nothing tam ölçülü naqilsiz qulaqlıq üzərində çalışdığını təsdiqləyib
Nothing şirkəti yaxın zamanda tam ölçülü qulaqlığının istehsalına başlayacaq və bu məhsul yay aylarında təqdim olunacaq. Nothing-in YouTube səhifəsində şirkətin dizaynerləri ilə müsahibə yayımlanıb.
Nothing Phone (3)-ün nə zaman təqdimat müddəti rəsmi şəkildə açıqlanıb

Nothing Phone (3)-ün nə zaman təqdimat müddəti rəsmi şəkildə açıqlanıb
The Android Show çərçivəsində Nothing şirkətinin baş direktoru Carl Pei şirkətin yeni flaqman smartfonunun nə zaman təqdim olunacağını açıqlayıb.
CMF Buds 2a və CMF Buds 2 Plus naqilsiz qulaqlıqları təqdim edilib - QİYMƏTİ

CMF Buds 2a və CMF Buds 2 Plus naqilsiz qulaqlıqları təqdim edilib - QİYMƏTİ
Nothing şirkətinin CMF adlı subbrendi iki yeni naqilsiz qulaqlığını təqdim edib. Söhbət, CMF Buds 2a və CMF Buds 2 Plus-dan gedir.
Həftənin xəbərləri

