main-post-cover

    Nothing növbəti smartfonuna dair qeyri-adi tizer fotonu bölüşüb

    Cihazlar+
    24.01.2025
    Emil Nəcəfov
         Nothing şirkəti X-dəki (keçmiş Twitter) hesabında növbəti smartfonuna işarə edən fotonu təqdim edib. Görünür, şirkət yeni smartfonunun təqdimatına aktiv şəkildə hazırlaşır. Təqdim edilmiş qeyri-adi fotoda yeni smartfonun arxa panelinin bir hissəsini görmək olar. Arxa panelin əks olunmuş bir hissəsində vintləri və digər daxili komponentləri görünür. Bu isə yeni smartfonun arxa panelinin yenidən şəffaf dizayna sahib olacağından xəbər verir. Lakin foto arxa paneli tam şəkildə əks etdirmədiyi üçün smartfonda Glyph işıqlandırma sisteminin olub-olmayacağı aydın deyil. Nothing tərəfindən paylaşılmış bu qeyri-adi foto şirkətin təqdimata hazırlaşan iki smartfonundan birinə aid ola bilər. Söhbət, Nothing Phone (3a)Nothing Phone (3a) Plus-dan gedir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Nothing şirkəti irimiqyaslı genişlənməyə hədəflənib
    nothing-sirketi-irimiqyasli-genislenmeye-hedeflenib
    Nothing Phone (3)-ün nə zaman təqdim olunacağı məlum olub
    nothing-phone-3-un-ne-zaman-teqdim-olunacagi-melum-olub
    Nothing Phone (3a) və Phone (3a) Plus smartfonları barəsində bəzi məlumatlar ortaya çıxıb
    nothing-phone-3a-ve-phone-3a-plus-smartfonlari-baresinde-bezi-melumatlar-ortaya-cixib
    Nothing Fold (1) adlı qatlana bilən smartfon konsepti hazırlanıb
    nothing-fold-1-adli-qatlana-bilen-smartfon-konsepti-hazirlanib
    Nothing 2025-ci ilin əvvəli üçün 3 yeni smartfon hazırlayır
    nothing-2025-ci-ilin-evveli-ucun-3-yeni-smartfon-hazirlayir