main-post-cover

    Nothing süni intellekt dəstəkli məhsullarını gələn il təqdim edəcək

    Cihazlar+
    16.09.2025
    Emil Nəcəfov
         Şəffaf dizaynlı Nothing Phone smartfonları ilə tanınan brend Nothing şirkəti 200 milyon dollar investisiya alıb və bununla da onun bazar dəyəri 1.3 milyard dollara yüksəlib. Şirkətin qurucusu və baş icraçı direktoru Carl Pei-nin sözlərinə görə, vəsaitlər şirkətin genişləndirilməsinə və süni intellekt dəstəkli yeni nəsil cihazların hazırlanmasının sürətləndirilməsinə kömək edəcək. Nothing-in strategiyasının mərkəzində “süni intellektlə işləyən nativ platforma” və “hiperfərdiləşdirilmiş təcrübə” təmin etməli olan tamamilə yeni əməliyyat sistemi yaratmaq dayanır. Pei-nin sözlərinə görə, yeni əməliyyat sistemi yalnız smartfon, qulaqlıq və ağıllı saatlarda deyil, həm də gələcəyin qurğularında - ağıllı eynəklərdən və elektromobillərdən tutmuş insanabənzər robotlara qədər işləyəcək.
         Hələlik onun mövcud Nothing OS kimi Android bazasında olub-olmayacağı məlum deyil. “Süni intellekt öz potensialını tam şəkildə açmaq üçün istehlakçı avadanlıqları da onunla birlikdə yenidən düşünülməlidir. Biz smartfonlar, audioqurğular və ağıllı saatlardan başlayırıq, lakin gələcəkdə sistemimiz həm ağıllı eynəklərdə, həm robotlarda, həm də elektromobillərdə istifadə olunacaq” - deyə Pei vurğulayıb. Nothing ilk süni intellekt dəstəkləyən cihazlarını gələn il təqdim etməyi planlaşdırır. Şirkət belə həllərin yaradılmasında unikal mövqeyə sahib olduğunu iddia edir. “Bu, Nothing üçün yeni bir fəsildir: süni intellekt imkanlarını cihazlarımıza inteqrasiya edərək texnologiyaların insan imkanlarını necə genişləndirdiyini yenidən düşünmək” - deyə Pei bildirib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Nothing Ear (3) naqilsiz qulaqlığının təqdimatı anons edilib
    nothing-ear-3-naqilsiz-qulaqliginin-teqdimati-anons-edilib
    CMF Watch 3 Pro ağıllı saatı təqdim edilib - QİYMƏTİ
    cmf-watch-3-pro-agilli-saati-teqdim-edilib-qiymeti
    Tam ölçülü naqilsiz Nothing Headphones (1) qulaqlığı təqdim edilib - QİYMƏTİ
    tam-olculu-naqilsiz-nothing-headphones-1-qulaqligi-teqdim-edilib-qiymeti
    Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
    nothing-phone-3-subflaqman-smartfonu-teqdim-edilib-qiymeti
    Nothing Phone (3)-ün ilk real fotosu ortaya çıxıb
    nothing-phone-3-un-ilk-real-fotosu-ortaya-cixib