main-post-cover

    Növbəti iPhone SE-nin fərqli dizaynda render fotosu təqdim edilib

    Cihazlar+
    09.02.2024
    Emil Nəcəfov
         Heç kim üçün sirr deyil ki, Apple şirkəti hal-hazırda növbəti iPhone SE üzərində çalışır. Daha öncəki məlumat sızıntılarında qeyd edilirdi ki, növbəti iPhone SE modeli iPhone 14 dizaynını əldə edəcək. Lakin ortaya çıxmış yeni məlumat smartfonun tamamilə fərqli dizayna sahib olacağından xəbər verir. İnsayderlər növbəti iPhone SE modelinin yeni render fotosunu təqdim ediblər. Təqdim edilmiş render fotodan da görmək olar ki, növbəti iPhone SE modeli heç də iPhone 14 dizaynına sahib deyil. İnsayderlər bildiriblər ki, növbəti iPhone SE modelinin ekranı üzərində Dynamic Island çıxıntısı olacaq.
         Smartfonun arxa kamera dizaynına gəldikdə isə fotoya əsasən arxa kamera oval formalı sahənin daxilində şaquli şəkildə yerləşəcək. Bununla belə smartfon bir ədəd arxa kameraya sahib olacaq. İnsayderlər bildiriblər ki, render fotoda əks olunmuş dizayn növbəti iPhone SE-nin final dizaynı deyil. Çox güman ki, Apple növbəti iPhone SE-nin bir neçə versiyasını hazırlayacaq və onları şirkət daxilində test edəcək. Çox güman ki, şirkət smartfonun final dizaynı mövzusunda hələ yekun qərarı verməyib. Növbəti iPhone SE-nin 2025-ci ildə təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    iPhone 16 smartfonlarının batareya həcmləri barəsində məlumat verilib
    iphone-16-smartfonlarinin-batareya-hecmleri-baresinde-melumat-verilib
    Apple qatlana bilən qapaqlı iPhone üzərində çalışır
    apple-qatlana-bilen-qapaqli-iphone-uzerinde-calisir
    MicroLED ekranlı Apple Watch Ultra yaxın illərdə işıq üzü görməyə bilər
    microled-ekranli-apple-watch-ultra-yaxin-illerde-isiq-uzu-gormeye-biler
    iPhone 16-da Capture Button düyməsi nə üçün lazım olacaq?
    iphone-16-da-capture-button-duymesi-ne-ucun-lazim-olacaq
    iPhone 16-nın çertjoy və render fotoları ortaya çıxıblar
    iphone-16-nin-certjoy-ve-render-fotolari-ortaya-cixiblar