Növbəti nəsil iPhone SE-nin texniki imkanları barəsində ətraflı məlumat verilib
Cihazlar+
15.04.2024
Farid Pardashunas
Apple şirkətinin hazırladığı növbəti nəsil iPhone SE barəsində məlumatlar mütəmadi olaraq internetdə ortaya çıxırlar. Bu dəfə insayderlər növbəti iPhone SE-nin özəllikləri barəsində ətraflı məlumatları təqdim ediblər. Beləliklə verilmiş məlumatlara əsasən növbəti nəsil iPhone SE ön paneldən iPhone 13-ə, arxa paneldən isə iPhone XR-a bənzəyəcək. Smartfon 60 Hz-lik təsvir yenilənməsinə sahib 6.1 düym OLED ekranla təchiz olunacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, iPhone SE (2022) modeli 4.7 düym ekrana sahibdir. Məlumata əsasən yeni iPhone SE-nin arxa panelində f/1.8 diafraqmalı 1/2.55 düym ölçüyə sahib bir ədəd kamera yerləşəcək.
İnsayderlərin sözlərinə əsasən çəkiliş mövzusunda smartfon 1080p Cinematic Mode, Deep Fusion, Smart HDR, AI Scene Photography və portret rejimlərini dəstəkləyəcək. Lakin smartfonda gecə çəkilişi rejimi olmayacaq. Smartfon Apple A16 Bionic prosessoru vasitəsilə çalışacaq və özündə Snapdragon X70 modemini birləşdirəcək. Məlumata əsasən növbəti iPhone SE həmçinin 6 GB RAM ilə 128/512 GB daxili yaddaş həcminə sahib olacaq.
Batareya mövzusuna gəldikdə isə smartfon 20 vatt gücündə sürətli şarj texnologiyalı 3000 mAh enerji tutumlu batareyanı əldə edəcək. Bununla yanaşı smartfon 12 vatt gücündə naqilsiz MagSafe şarj texnologiyasının dəstəyini əldə edəcək. İnsayderlər tərəfindən təqdim edilmiş bu məlumatların nə dərəcədə doğru olduqları məlum deyil. Buna görə də onlara bir qədər şübhə ilə yanaşmaq lazımdır. Növbəti iPhone SE-nin gələn il təqdim olunacağı gözlənilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
iPhone 16-nın render fotoları hazırlanıb
iPhone 16-nın render fotoları hazırlanıb
İnternetdə iPhone 16-nın render fotoları təqdim edilib. Təqdim edilmiş render fotolar iPhone 16-nın bir neçə müddət bundan öncə ortaya çıxmış maket fotoları əsasında hazırlanıb.
iPhone 16, 16 Pro və 16 Pro Max daha böyük həcmli batareyaları əldə edə bilərlər
iPhone 16, 16 Pro və 16 Pro Max daha böyük həcmli batareyaları əldə edə bilərlər
Apple şirkəti bu ilin sentyabr ayında iPhone 16 smartfon seriyasını təqdim etməlidir.
Apple qatlana bilən iPad ideyasından imtina edə bilər
Apple qatlana bilən iPad ideyasından imtina edə bilər
Son zamanlarda ortaya çıxmış məlumatlara əsasən Apple şirkəti qatlana bilən iPad üzərində çalışır.
Yeni iPad planşetlərinin konkret olaraq nə zaman təqdim olunacaqları açıqlanıb
Yeni iPad planşetlərinin konkret olaraq nə zaman təqdim olunacaqları açıqlanıb
Apple şirkətinin yeni iPad planşetlərini mart ayının sonunda təqdim edəcəyi gözlənilirdi. Lakin bəzi səbəblərə görə şirkət planşetlərin təqdimatlarını qısa müddətlik təxirə salmalı oldu.
Samsung dünyanın ən böyük smartfon istehsalçısı statusunu özünə geri qaytarıb
Samsung dünyanın ən böyük smartfon istehsalçısı statusunu özünə geri qaytarıb
Bir neçə müddət bundan əvvələ kimi Apple şirkəti dünyanın ən böyük smartfon istehsalçısı statusunu Samsung-un əlindən almışdı.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!