One UI 8.5 beta-da yeni Galaxy AI funksiyaları ortaya çıxdı
Cihazlar+
27.11.2025
Sevinc Miralizade
Technote.az "SamMobile" platformasına istinadən bildirir ki, Samsung-un yaxın aylarda təqdim etməyə hazırlaşdığı One UI 8.5 yeniləməsi bir sıra yeni Galaxy AI xüsusiyyətlərini özündə birləşdirir. SamMobile komandasının əldə etdiyi erkən beta versiyası bu funksiyaların ilk detallarını üzə çıxarıb.
Hazırda Samsung One UI 8.5 beta proqramını rəsmi şəkildə başladmayıb, lakin bunun yaxın zamanda gerçəkləşəcəyi gözlənilir. Əsas versiyanın isə gələn ilin əvvəlində, böyük ehtimalla Galaxy S26 seriyasından sonra istifadəyə verilməsi planlaşdırılır. Yeni AI funksiyaları arasında ən diqqət çəkəni “Now Nudges” adlanan ağıllı yardım sistemi olub. Bu funksiya hələ ilkin mərhələdədir və tam işlək deyil, amma gələcək beta buraxılışlarında daha aktiv şəkildə işləyəcəyi gözlənilir. “Now Nudges” istifadəçinin ekrandakı məlumatı analiz edərək uyğun addımlar təklif etməyə yönəlib.
Məsələn, biri sizə öz yerini mesajla göndəribsə, sistem avtomatik olaraq xəritəyə keçid təklif edə bilər. Xarici dildə mətn gördükdə tərcümə etmək üçün "nudge" bildirişi çıxa bilər. Eyni zamanda WhatsApp və Facebook kimi sosial şəbəkə və mesajlaşma tətbiqlərində də uyğun hərəkət tövsiyələri görünəcək.
Beta versiyada bəzi kamera rejimlərinin olmadığı da qeyd olunub. Bunun çox erkən bir test qurulması olduğu və sonradan funksiyaların geri qaytarılacağı ehtimal edilir. SamMobile-ın videosunda bu beta versiyanın daha geniş icmalı da təqdim olunub. Son məlumatlara görə, One UI 8.5 betasının 8 dekabrda istifadəyə veriləcəyi, ilk mərhələdə isə ABŞ, Böyük Britaniya, Cənubi Koreya və Almaniyada aktivləşdiriləcəyi bildirilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Samsung Galaxy A seriyasının smartfonları yeni süni zəka funksiyalarını əldə edə bilərlər
Samsung Galaxy A seriyasının smartfonları yeni süni zəka funksiyalarını əldə edə bilərlər
Samsung keçən il Galaxy A seriyasının smartfonlarında Circle to Search funksiyasını istifadəyə verdi. Qeyd etmək lazımdır ki, bu funksiya Galaxy AI ekosisteminin tərkibinə daxildir və o, süni zəka əsasında çalışır.
Samsung Galaxy AI ekosisteminin yeni süni zəka funksiyalarının siyahısı təqdim edilib
Samsung Galaxy AI ekosisteminin yeni süni zəka funksiyalarının siyahısı təqdim edilib
İnsayderlər 22 yanvar tarixində təqdim olunacaq Samsung Galaxy S25 smartfonları tərkibində istifadəyə veriləcək yeni süni zəka funksiyalarının siyahısını təqdim ediblər.
Samsung, bunu edə bilənlərə 5 milyon dollar verəcəyini vəd edir!
Samsung, bunu edə bilənlərə 5 milyon dollar verəcəyini vəd edir!
Cənubi Koreya nəhəngi Samsung, proqram texnologiyalarında mümkün təhlükəsizlik zəifliklərini müəyyən edən etik hakerlərə mükafatlar verəcəyini vəd edir.
Galaxy AI funksiyaları Samsung Galaxy A seriyasının smartfonlarına gəlir
Galaxy AI funksiyaları Samsung Galaxy A seriyasının smartfonlarına gəlir
Samsung bu ilin əvvəlində Galaxy S24 smartfon seriyasını təqdim edən zaman üstəlik Galaxy AI adlı ekosistemini də təqdim etmişdi.
Galaxy AI ekosistemi ilin sonuna kimi 200 milyon ədəd Samsung smartfonunda işə düşəcək
Galaxy AI ekosistemi ilin sonuna kimi 200 milyon ədəd Samsung smartfonunda işə düşəcək
Samsung şirkəti Galaxy Unpacked 2024 tədbiri çərçivəsində Galaxy AI adlı süni zəka ekosistemi barəsində maraqlı elanı bölüşüb.
Həftənin xəbərləri