OnePlus sonunda OnePlus Ace 5 smartfon seriyasının təqdimatını rəsmi şəkildə anons etdi. Şirkətin təqdim etmiş. olduğu posterə əsasən bu smartfon seriyası 26 dekabr tarixində Çində təqdim olunacaq. Qeyd etmək lazımdır ki, smartfon seriyasına iki model daxil olacaq. OnePlus Ace 5 və Ace 5 Pro. Gözləntilərə əsasən OnePlus Ace 5 modeli Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə, Ace 5 Pro modeli isə Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacaq. Hər iki smartfonun 120 Hz-lik təsvir yenilənməsinə sahib 2780x1264 piksel keyfiyyətli 6.78 düym ölçülü ekrana sahib olacağı gözlənilir. Son məlumat sızıntılarına inansaq, Ace 5 modeli özündə 80 vatt gücündə sürətli şarj texnologiyalı 6415 mAh enerji tutumlu batareyanı, Ace 5 Pro modeli isə özündə 100 vatt gücündə sürətli şarj texnologiyalı 6100 mAh enerji tutumlu batareyanı birləşdirəcək.