OnePlus şirkəti hal-hazırda özünün Nord seriyasının iki yeni smartfonunun təqdimatına hazırlaşır. Söhbət, OnePlus Nord 4 və Nord CE 4 Lite modellərindən gedir. İnsayderlər OnePlus Nord seriyasının bu yeni smartfonlarının nə zaman təqdim olunacaqlarını açıqlayıblar. Beləliklə onların sözlərinə əsasən OnePlus Nord 4 və Nord CE 4 Lite smartfonları artıq gələn ay qlobal bazarda təqdim olunacaqlar.
Son məlumatlara əsasən OnePlus Nord 4 smartfonu Snapdragon 7+ Gen 3 prosessoru vasitəsilə çalışacaq. OnePlus Nord CE 4 Lite smartfonuna gəldikdə isə onun 120 Hz-lik təsvir yenilənməsinə sahib OLED ekranı əldə edəcəyi və Snapdragon 695 prosessoru vasitəsilə çalışacağı gözlənilir. Bununla yanaşı OnePlus Nord CE 4 Lite modeli 50 MP + 2 MP ikili arxa kameranı və 88 vatt gücündə sürətli şarj texnologiyalı 5500 mAh enerji tutumlu batareyanı əldə etməlidir.