main-post-cover

    OnePlus və OPPO 6000 mAh-dan daha böyük həcmli batareyalara sahib smartfonlar üzərində çalışırlar

    Cihazlar+
    05.07.2024
    Emil Nəcəfov
        OnePlus şirkəti bir neçə gün bundan öncə Çində OnePlus Ace 3 Pro smartfonunu təqdim etdi. Bu smartfonun əsas fərqləndirici özəlliklərindən biri də odur ki, o, 6100 mAh enerji tutumlu batareyanı əldə edib. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder xəbər verib ki, şirkət daha böyük həcmli batareyaya sahib smartfonlar üzərində çalışır. Bəzi məlumatlara əsasən söhbət, OnePlus 13 OnePlus Ace 4 smartfonlarından gedir.
         Şirkət artıq bu smartfonların 6500 mAh enerji tutumlu batareyaya sahib prototiplərini test etməyə başlayıb. Çox güman ki, OnePlus 13 modeli Snapdragon 8 Gen 4 prosessoru, OnePlus Ace 4 modeli isə Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq. İnsayder əlavə edib ki, OnePlus ilə yanaşı OPPO şirkəti də 6500 mAh enerji tutumlu batareyaya sahib smartfonlar üzərində çalışır və onlar nəticədə 100 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyini əldə edə bilərlər. Bu iki şirkətin belə böyük həcmdə batareyaya sahib ilk smartfonlarının bu ilin sonunda təqdim olunacaqları gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Təqdimata hazırlaşan OnePlus Nord 4-ün ilk rəsmi fotosu təqdim edilib
    teqdimata-hazirlasan-oneplus-nord-4-un-ilk-resmi-fotosu-teqdim-edilib
    OnePlus öz yeni cihazlarının təqdimat tədbirini anons edib
    oneplus-oz-yeni-cihazlarinin-teqdimat-tedbirini-anons-edib
    Orta büdcəli OPPO A3 smartfonu təqdim edilib - QİYMƏTİ
    orta-budceli-oppo-a3-smartfonu-teqdim-edilib-qiymeti
    OPPO Reno 12F 5G smartfonu təqdim edilib - QİYMƏTİ
    oppo-reno-12f-5g-smartfonu-teqdim-edilib-qiymeti
    OnePlus Watch 2 smart saatı təqdim edilib - QİYMƏTİ
    oneplus-watch-2-smart-saati-teqdim-edilib-qiymeti