main-post-cover

    OPPO Find X8-in gövdə dizaynını sərgiləyən yeni foto təqdim edilib

    Cihazlar+
    30.08.2024
    Emil Nəcəfov
         OPPO şirkətinin bu ilin sonuna kimi OPPO Find X8 smartfon seriyasını təqdim edəcəyi gözlənilir. İndi isə insayderlər bu seriyaya daxil olacaq adi OPPO Find X8 modelinin fotosunu təqdim ediblər. Təqdim edilmiş fotoda smartfonun yan hissəsi əks olunub. Fotoya əsasən smartfon metal materialdan hazırlanmış gövdəni, və yastı formada kənar hissələri əldə edəcək. Bundan əlavə olaraq fotodan da görmək olar ki, OPPO Find X8 kameranın işə salınması üçün nəzərdə tutulmuş ayrıca fiziki düyməyə sahib olacaq. Lakin çox güman ki, həmin fiziki düymə üçün digər əməliyyatların yerinə yetirilməsini də təyin etmək mümkün olacaq. Qeyd etmək lazımdır ki, OPPO Find X8 smartfonunun MediaTek Dimensity 9400 prosessoru vasitəsilə çalışacağı və özündə 50 MP-lik əsas arxa kamera ilə 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcəyi gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OPPO şirkəti 3 qat qatlana bilən smartfon üzərində çalışır
    oppo-sirketi-3-qat-qatlana-bilen-smartfon-uzerinde-calisir
    OPPO Find X8 smartfonlarının nə zaman təqdim olunacaqları açıqlanıb
    oppo-find-x8-smartfonlarinin-ne-zaman-teqdim-olunacaqlari-aciqlanib
    OPPO Find X8-in ilk real fotosu təqdim edilib
    oppo-find-x8-in-ilk-real-fotosu-teqdim-edilib
    Orta büdcəli OPPO F27 smartfonu təqdim edilib - QİYMƏTİ
    orta-budceli-oppo-f27-smartfonu-teqdim-edilib-qiymeti
    Büdcəli OPPO A3 5G smartfonu təqdim edilib - QİYMƏTİ
    budceli-oppo-a3-5g-smartfonu-teqdim-edilib-qiymeti