main-post-cover

    OPPO Find X8 smartfonunun dizaynı yeni fotolar vasitəsilə sərgilənib

    Cihazlar+
    27.09.2024
    Emil Nəcəfov
         OPPO-nun təqdimata hazırlaşan OPPO Find X8 smartfonlarından birinin fotoları Çinin Weibo adlı sosial şəbəkəsində ortaya çıxıblar. Söhbət, adi OPPO Find X8 modelindən gedir. Ortaya çıxmış fotolarda smartfonun həm ön həm də arxa paneli əks olunub. Fotolardan da görmək olar ki, smartfon ön paneldən iPhone modellərinə bənzəyir. Belə ki, son iPhone modellərində olduğu kimi OPPO Find X8 də yastı gövdə və yastı ekran dizaynını əldə edəcək və üstəlik onun ekran ətrafı çərçivələri olduqca nazik olacaq.
         Lakin iPhone-dan fərqli olaraq OPPO Find X8-in ekranı üzərində Dynamic Island tərzində çıxıntı əvəzinə dairəvi formalı kiçik çıxıntı yerləşəcək. Smartfonun arxa panelində isə dairəvi formalı böyük kamera sahəsi yerləşəcək. Kamera sahəsinin daxilində 3 ədəd kamera və LED işıqlandırma mövcud olacaq. Son məlumat sızıntılarına əsasən OPPO Find X8 smartfonu MediaTek Dimensity 9400 prosessoru vasitəsilə çalışacaq və özündə 5600 mAh enerji tutumlu batareyanı birləşdirəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Təqdimata hazırlaşan OPPO K12 Plus smartfonu barəsində təfərrüatlar təqdim edilib
    teqdimata-hazirlasan-oppo-k12-plus-smartfonu-baresinde-teferruatlar-teqdim-edilib
    OPPO Find X8 Pro-nun performansı Geekbench testləri vasitəsilə məlum olub
    oppo-find-x8-pro-nun-performansi-geekbench-testleri-vasitesile-melum-olub
    OPPO Find X8 smartfon seriyasının mümkün təqdimat tarixi açıqlanıb
    oppo-find-x8-smartfon-seriyasinin-mumkun-teqdimat-tarixi-aciqlanib
    OPPO Find X8 smartfonları iPhone 16 kimi maqnit şarj texnologiyasını əldə edəcəklər
    oppo-find-x8-smartfonlari-iphone-16-kimi-maqnit-sarj-texnologiyasini-elde-edecekler
    OPPO Find X8-in yeni real fotosu ortaya çıxıb
    oppo-find-x8-in-yeni-real-fotosu-ortaya-cixib