
Orta büdcəli Honor X9d 5G smartfonu təqdim edilib - QİYMƏTİ
Cihazlar+
25.09.2025
Emil Nəcəfov
Honor şirkəti yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət, Honor X9d 5G-dən gedir. Bu yeni smartfon böyük ölçülü ekranı, Snapdragon prosessorunu, böyük həcmli batareyanı və dözümlü gövdəni əldə edib. Beləliklə Honor X9d 5G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2640x1200 piksel keyfiyyətli 6.79 düym ölçülü AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 6000 nit təşkil edir. Smartfonun gövdəsi IP66/68/69K standartları üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir.

Üstəlik onun gövdəsi SGS Triple-Resistance Premium Performance sertifikatına sahibdir. Bu isə o deməkdir ki, smartfon 2.5 metrə qədər hündürlükdən düşüşlərə dözümlüdür. Smartfon Snapdragon 6 Gen 4 prosessoru vasitəsilə çalışır və 12 GB RAM ilə 256/512 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Honor X9d 5G özündə 108 MP + 5 MP ikili arxa kameranı və 16 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 66 vatt gücündə sürətli şarj texnologiyalı 8300 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Honor X9d 5G artıq satışa çıxıb və onun qiyməti 350$-dan start götürür.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Büdcəli Honor X5c Plus smartfonunun render fotoları və texniki imkanları ortaya çıxıb

Büdcəli Honor X5c Plus smartfonunun render fotoları və texniki imkanları ortaya çıxıb
Honor şirkəti yaxın zamanda büdcəli Honor X5c Plus smartfonunu təqdim etməlidir. İndi isə internetdə sözügedən smartfonun render fotoları və texniki imkanları ortaya çıxıb.
Orta büdcəli Honor Play10T təqdim olunub - QİYMƏTİ

Orta büdcəli Honor Play10T təqdim olunub - QİYMƏTİ
Honor yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət, Honor Play10T-dən gedir. Bu yeni smartfon böyük ölçülü ekranı, Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edib.
Büdcəıli Honor Play10 c smartfonu təqdim olunub

Büdcəıli Honor Play10 c smartfonu təqdim olunub
Honor şirkəti yeni büdcəli smartfonunu təqdim edib. Söhbət, Honor Play10 c-dən gedir. Bu yeni smartfon böyük ölçülü ekranı, MediaTek Helio prosessorunu və orta həcmli batareyanı əldə edib.
Büdcəli Honor Play 70m Plus smartfonu təqdim edilib - QİYMƏTİ

Büdcəli Honor Play 70m Plus smartfonu təqdim edilib - QİYMƏTİ
Honor şirkəti orta büdcəli Honor Play 70m Plus smartfonunu təqdim edib. Bu yeni smartfon böyük ölçülü ekranı, Snapdragon prosessorunu və 6500 mAh-dan daha böyük həcmli batareyanı əldə edib.
Qatlana bilən Honor Magic V5-in qlobal versiyası təqdim olunub (VİDEO)

Qatlana bilən Honor Magic V5-in qlobal versiyası təqdim olunub (VİDEO)
Honor şirkəti keçən ay Çində qatlana bilən Honor Magic V5 smartfonunu təqdim etmişdi. İndi isə şirkət onun qlobal versiyasını təqdim edib. Qlobal versiya texniki imkanlar baxımından Çində satılan versiyadan heç də fərqlənmir.
Həftənin xəbərləri

