main-post-cover

    Orta büdcəli Moto G100 smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    14.10.2025
    Emil Nəcəfov
         Motorola şirkəti yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət, Moto G100-dən gedir. Bu yeni smartfon böyük ölçülü ekranı, Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə Moto G100 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2400x1080 piksel keyfiyyətli 6.72 düym ölçülü LCD ekranla təchiz olunub. Smartfonun gövdəsi IP64 standartı üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Smartfon Snapdragon 7s Gen 2 prosessoru vasitəsilə çalışır və 12 GB RAM ilə 256 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Moto G100 özündə 50 MP-lik əsas arxa kameranı və 32 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 30 vatt gücündə sürətli şarj texnologiyalı 7000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Moto G100 artıq Çində satışa çıxıb və onun qiyməti 188$ təşkil edir. Smartfonun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Nazik gövdəli Motorola Edge 70-in keyfiyyətli render fotoları təqdim edilib
    nazik-govdeli-motorola-edge-70-in-keyfiyyetli-render-fotolari-teqdim-edilib
    Nazik gövdəli Moto Edge 70-in xarici görünüşü sərgilənib
    nazik-govdeli-moto-edge-70-in-xarici-gorunusu-sergilenib
    Orta büdcəli Moto Pad 60 NEO planşeti təqdim olunub - QİYMƏTİ
    orta-budceli-moto-pad-60-neo-planseti-teqdim-olunub-qiymeti
    Böyük həcmli batareyaya sahib Moto G06 Power təqdim edilib
    boyuk-hecmli-batareyaya-sahib-moto-g06-power-teqdim-edilib
    Orta büdcəli Motorola Edge 60 Neo təqdim edilib - QİYMƏTİ
    orta-budceli-motorola-edge-60-neo-teqdim-edilib-qiymeti