
Orta büdcəli Moto G96 5G smartfonu təqdim edilib - QİYMƏTİ
Cihazlar+
09.07.2025
Emil Nəcəfov
Motorola şirkəti öz yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət, Moto G96 5G-dən gedir. Bu yeni smartfon böyük ölçülü ekranı, Snapdragon prosessorunu və 5000 mAh-dan böyük həcmli batareyanı əldə edib. Beləliklə Moto G96 5G smartfonu 144 Hz-lik təsvir yenilənməsinə sahib 2400x1080 piksel keyfiyyətli 6.67 düym ölçülü pOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1600 nit təşkil edir və o, Gorilla Glass 5 qoruyucu şüşəsi ilə əhatə olunub. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib.

Smartfonun gövdəsi isə IP68 standartı üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir. Smartfon Snapdragon 7s Gen 2 prosessoru vasitəsilə çalışır və 8 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon özündə 50 MP + 8 MP ikili arxa kameranı və 32 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 33 vatt gücündə sürətli şarj texnologiyalı 5500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Moto G96 5G 16 iyul tarixində Hindistanda satışa çıxacaq və onun qiyməti 210$-dan start götürəcək. Smartfonun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Orta büdcəli Moto G100 Pro smartfonu təqdim edilib - QİYMƏTİ

Orta büdcəli Moto G100 Pro smartfonu təqdim edilib - QİYMƏTİ
Motorola şirkəti öz yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət, Moto G100 Pro-dan gedir. Bu yeni orta büdcəli smartfon böyük ölçülü ekranı, MediaTek Dimensity prosessorunu və olduqca böyük həcmli batareyanı əldə edib.
Orta büdcəli Moto G66j 5G smartfonu təqdim edilib - QİYMƏTİ

Orta büdcəli Moto G66j 5G smartfonu təqdim edilib - QİYMƏTİ
Motorola şirkəti Moto G66j 5G adlı yeni orta büdcəli smartfonunu təqdim edib. Bu yeni smartfon tanınan dizaynı, böyük ölçülü ekranı və MediaTek Dimensity prosessorunu əldə edib.
Müxtəlif brendlərin Android 16-nı əldə edəcək cihazlarının siyahısı təqdim edilib

Müxtəlif brendlərin Android 16-nı əldə edəcək cihazlarının siyahısı təqdim edilib
Jurnalistlər Android əməliyyat sisteminin yeni versiyasını alacağı demək olar ki, dəqiq olan cihazların geniş siyahısını hazırlayıblar. Təxminən 2 həftə əvvəl Google Android 16 yeniləməsi üzərində əsas işləri tamamladı.
Orta büdcəli Moto G56 5G smartfonu təqdim edilib - QİYMƏTİ

Orta büdcəli Moto G56 5G smartfonu təqdim edilib - QİYMƏTİ
Motorola şirkəti Moto G seriyasının yeni orta büdcəli modelini təqdim edib. Söhbət, Moto G56 5G-dən gedir. Bu yeni orta büdcəli smartfon böyük ölçülü ekranı və MediaTek Dimensity prosessorunu əldə edib.
Moto G86 və G86 Power smartfonları təqdim edilib - QİYMƏTİ

Moto G86 və G86 Power smartfonları təqdim edilib - QİYMƏTİ
Motorola şirkəti Moto G smartfon seriyasının yeni modellərini təqdim edib. Söhbət, Moto G86 və G86 Power-dən gedir. Bu smartfonlar həm xarici görünüşcə həm də bəzi texniki imkanlar baxımından bir-birilərinə bənzəyirlər.
Həftənin xəbərləri

