main-post-cover

    Orta büdcəli OPPO A5 Pro 4G smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    13.03.2025
    Emil Nəcəfov
         OPPO şirkəti keçən ilin dekabr ayında OPPO A5 Pro 5G smartfonunu təqdim etmişdi. İndi isə şirkət onun 4G versiyasını təqdim edib. Smartfonun 4G versiyası xarici görünüşcə 5G versiyadan fərqlənir. OPPO A5 Pro 4G smartfonu böyük ölçülü ekranı, Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə yeni smartfon 90 Hz-lik təsvir yenilənməsinə sahib HD+ keyfiyyətli 6.67 düym ölçülü ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit təşkil edir. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib.
         Üstəlik smartfonun gövdəsi IP69 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir və hərbi standartlara görə müxtəlif düşüşlər ilə xarici təsirlərə olduqca dözümlüdür. OPPO A5 Pro 4G smartfonu Snapdragon 6s Gen 1 prosessoru vasitəsilə çalışır və 8 GB RAM ilə 256 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon 50 MP + 2 MP ikili arxa kameraya və 8 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə cihaz 45 vatt gücündə sürətli şarj texnologiyalı 5800 mAh enerji tutumlu batareya ilə təchiz olunub. OPPO A5 Pro 4G artıq satışa çıxıb və onun qiyməti 200$ təşkil edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OPPO Find X8 Ultra-nın real fotoları ortaya çıxıb
    oppo-find-x8-ultra-nin-real-fotolari-ortaya-cixib
    OPPO Watch X2 flaqman smart saatı təqdim edilib - QİYMƏTİ
    oppo-watch-x2-flaqman-smart-saati-teqdim-edilib-qiymeti
    Qatlana bilən OPPO Find N5 təqdim olunub - QİYMƏTİ
    qatlana-bilen-oppo-find-n5-teqdim-olunub-qiymeti
    OPPO 8000 mAh həcmli yeni batareyaları test edir
    oppo-8000-mah-hecmli-yeni-batareyalari-test-edir
    Orta büdcəli OPPO A3i Plus smartfonu təqdim edilib - QİYMƏTİ
    orta-budceli-oppo-a3i-plus-smartfonu-teqdim-edilib-qiymeti